Yuxarı

Bu hücuma görə Tehran təxliyə olunacaqdı... - Ənsari

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu hücuma görə Tehran təxliyə olunacaqdı... - Ənsari

İranın cənubunda yerləşən Əsəluyə şəhərində yanacaq çənlərinə və enerji obyektlərinə endirilən zərbələr nəticəsində atmosferə təxminən 4,7 min ton üzvi birləşmə atılıb.

Axar.az xəbər verir ki, bunu İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Şina Ənsari deyib.

“Enerji infrastrukturuna endirilən zərbələr nəticəsində atmosferə yayılan çirkləndirici maddələrin həcmi o qədər böyük olub ki, Tehranda şəhərin təxliyəsini tələb edə biləcək vəziyyət yarana bilərdi. Lakin atmosferin sərhəd qatının böyük hündürlükdə yerləşməsi sayəsində çirkləndirici maddələrin əsas hissəsi İran paytaxtında yer səthinə yaxın hava qatına çatmayıb.

Hücumlar nəticəsində atmosferə 1,5 milyon ton karbon qazına ekvivalent həcmdə istixana qazları da buraxılıb”, - o bildirib.

Qeyd edək ki, martın 18-də İsrail qüvvələri İranın cənubunda yerləşən Cənubi Pars qaz yatağının qaz obyektlərinə və Əsəluyədəki sənaye infrastrukturuna zərbələr endirib. Aprel ayında isə həmin ərazidəki neft-kimya müəssisələri yenidən hücumlara məruz qalıb.

Tarix
2026.10.11 / 15:48
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla