Yuxarı

Həmin erməniləri deputat güllələtdirib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmin erməniləri deputat güllələtdirib

Dünən, Yeni Moskva ərazisində kirayə mənzildə odlu silahdan qətlə yetirilmiş, əslən Ermənistandan olan iki nəfərin meyiti aşkarlanıb.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın Rusiyadakı səfirliyinin məlumatına görə, ölənlər 43 yaşlı Eduard Nşanyan və 46 yaşlı Armen İsraelyan adlı şəxslər olub.

Ermənistanın İstintaq Komitəsi bu qətldə ölkə vətəndaşından şübhələndiklərinə dair məlumat yayıb.

"Qətlə yetirilən hər iki şəxsin baş nahiyəsində güllə yarası var. Bu isə qətli törədənin peşəkar qatil olduğunu və qətli soyuqqanlılıqla törətdiyini göstərir", - bunu isə "Qraparak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, "Rıba" (Balıq) ləqəbli Armen İsraelyanın və "Çıplenok" (Cücə) ləqəbli Eduard Nşanyanın qətli günün xəbərinə çevrilib. İsraelyanın Ermənistan parlamentinin deputatı və ölkənin ən zəngin insanlarından biri Samvel Aleksanyan ilə köhnə haqq-hesabı olub.

"Qrapark" xatırladır ki, təxminən iyun ayında İsraelyan bir sıra KİV-ə verdiyi müsahibələrində Aleksanyanın onun əmlakını və biznesini əlindən aldığını, özünü isə anbarlarının birində bir müddət girov saxladığını bildirib.

Tarix
2016.10.25 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla