Yuxarı

Rusiyanın məşhur faşisti Türkiyəyə gedir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın məşhur faşisti Türkiyəyə gedir

Rusiyanın məşhur politoloqu Aleksandr Duqin bu gün Türkiyəyə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Türkiyə mətbuatı yayıb. Duqin Ankarada parlamentin tərkibində yaradılan Çevriliş Cəhdini Araşdırma Komissiyasında çıxış edəcək.

Qeyd edək ki, Türkiyə mətbuatı bundan öncə məhz Duqinin 15 iyul çevriliş cəhdini hadisə baş verməzdən bir gün öncə xəbər verməsi informasiyanı tirajlayıb.

Rusiyanın ultrasağçı politoloqu olan Duqin Moskvanın avrasiyaçılıq siyasətinin əsas müəllifləri sırasında yer alır. Duqinin adı həmçinin Ukraynada yaradılması planlaşdırılan Novorossiya (Donetsk və Luqansk bunun tərkibində yer almalı idi, lakin sonradan bu plan ləğv edildi – red.) adlı dövlətin əsas təşəbbüskarları sırasında çəkilir. Panslavyanizmin əsas müdafiçəsi olan Duqin keçmiş Rusiya İmperiyasının sərhədlərinin bərpa olunmasını istəyir. 2008-ci ildə Rusiya Gürcüstana müdaxilə edəndə o, hakimiyyəti müharibəni sona qədər davam etdirməməkdə ittiham edib. Ukrayna mətbuatı onu Putinin məxfi məsləhətçisi adlandırır.

Duqinin Azərbaycana qarşı da həddən artıq sərt çıxışları olub. O, Azərbaycanın istənilən yolla Avrasiya İttifaqına cəlb edilməsinin əsas müdafiəçilərindən biridir.

Tarix
2016.10.26 / 12:45
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

Paşinyanın bu qərarı Putini qorxutdu

Azərbaycan Əlcəzairə dəstək verdi

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla