Yuxarı

Milyarder oğlu Gürcüstan prezidentini təhqir etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milyarder oğlu Gürcüstan prezidentini təhqir etdi

Vera İvanişvili Gürcüstan prezidentini təhqir edib.

"Axar.az" gürcü mətbuatına istinadən xəbər verir ki, keçmiş Baş nazir Bidzina İvanişvilinin oğlu yeni rep yazıb.

Yazdığı musiqi parçasında bir çox mətləblərə toxunan Vera açıq şəkildə Prezident Giorgi Marqvelaşvilini təhqir edib. Bəstələdiyi musiqi parçasında tez-tez "təcavüzkar" ifadələrini işlədən repçi Marqvelaşvilini qanunları və milli dəyərləri öz şəxsi maraqları naminə tapdadığını deyir. Gürcü mediasında müzakirə obyektinə çevrilən adıçəkilən parçanın parlamentdə əyləşən "Gürcü Arzusu" fraksiyasından olan deputatların sifarişi ilə yazıldığı iddia olunur.

Xatırladaq ki, Bidzina İvanişvili gürcü milyarderdi və iki övladı var. Seçki yolu ilə Saakaşvili hakimiyyətini devirən "Gürcü Arzusu" siyasi blokunun liderlik edən İvanişvilinin hazırda heç bir siyasi fəaliyyətlə məşğul olmadığı bildirilir. Siyasi şərhçilər İvanişvilinin dəfələrlə prezident Georgi Marqvelaşvilini tənqid etdiyini bildirirlər.

Tarix
2014.03.20 / 11:25
Müəllif
Tural İbadov
Digər xəbərlər

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla