Yuxarı

Londonda Azərbaycanla bağlı portal – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan “In Azerbaijan” (http://inazerbaijan.co.uk/) internet portalının təqdimat mərasimi keçirilib.

Şuradan Axar.az-a verilən məlumata görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində keçirilən təqdimat mərasimində səfirliyin əməkdaşları, yerli gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər. Təqdimat mərasimində çıxış edən səfirliyin 1-ci katibi Polad Məmmədov bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, “No Collective” təşkilatının həyata keçirdiyi layihənin hər iki ölkənin cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib.

Daha sonra “NO Collective” təşkilatının rəhbərlərindən olan xanım Natali Beys portalı tədbir iştirakçılarına təqdim edib: “Portalın hazırlanması məqsədi ilə zəruri məlumatları toplamaq üçün biz Bakıya səfər etmişik. Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ictimai-siyasi həyatı haqqında saytda geniş məlumatlar yerləşdirilib. Portalda həmçinin Azərbaycan və Böyük Britaniya gənclərinin yazışdığı interaktiv bloq və müvafiq tədris materiallarına da yer ayrılıb. Saytdakı xəbərlər mütəmadi şəkildə yenilənəcək”.

Qeyd edək ki, təqdimat mərasimindən öncə xanım Beys paytaxt London ərazisində yayımlanan “London Live” televiziya kanalının qonağı olub və izləyicilərə portal haqqında ətraflı məlumat verib. Adıçəkilən televiziya kanalını ancaq Böyük Britaniyada ərazisində izləmək mümkün olduğu üçün müsahibənin kiçik hissəsini layihə çərçivəsində hazırlanmış Feysbuk səhifəsində (https://www.facebook.com/pg/InTheLandOfFire/videos/?ref=page_internal) izləyə bilərsiniz.

Tarix
2016.11.29 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov İƏT-in Nazirlər Şurasının fövqəladə iclasında

Daha bir ölkə İrandan təxliyəyə görə Azərbaycana təşəkkür etdi

Bayramov suriyalı həmkarı ilə görüşdü: Yardım davam edəcək!

Laçın səfəri ilə bağlı daha bir paylaşım - Video

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Nazir Ermənistanla sülh prosesindən danışdı

İrana qarşı əməliyyatlar narahatlıq yaradır - Bayramov

İlham Əliyevin müraciəti BMT sənədi kimi yayıldı

Bayramov İordaniyanın XİN rəhbəri ilə görüşdü

Saakyandan “Hayastan” fondu ilə bağlı etiraf...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla