Yuxarı

Jirinovski: “Ərdoğanın Əsəd bəyanatı Qərbə mesajdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğanın Əsədi devirmək istəməsi ilə bağlı bəyanatı avropalılarla münasibətlərin yaxşılaşdırılması üçün Qərbə göndərilən mesajdır.

Axar.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Onun sözlərinə görə, Qərb Ərdoğanın mesajına müsbət cavab verə bilər:

“Ərdoğan deyir ki, gəlin, mən sizə Əsədi ortadan götürməyə yardım edim, siz isə məni Avropa Birliyinə qəbul edin. Belə hiyləgər qəribəliklər olur. Bir sözlə, Türkiyə NATO-da qalır, Əsədi devirir, əvəzində Avropa Birliyinə dərhal qəbul edilir, Şengen zonası üzünə açılır. Bunun qarşılığında isə Ərdoğan bütün qaçqınları Suriyaya geri göndərir. Avropa buna gedə bilər, çünki çox qorxub. Ərdoğanın çıxışı Türkiyənin tarixi baxışı ilə də bağlı ola bilər. Ankara Suriyaya Osmanlı ərazisi kimi baxır. Yəni onların Suriya ilə münasibətləri bizim Krımla münasibətlərimiz kimidir. Ankara Suriyanın şimal hissəsində hansısa ərazini və İraqın şimalını özünə birləşdirməyi hədəfləyir. Bu isə bizə sərf etmir və ona görə də müttəfiqimiz Əsədi müdafiə edəcəyik”.

Qeyd edək ki, dünən Qüds konfransında çıxışı zamanı Türkiyə prezidenti Ankaranın Suriyaya Əsədin hökmranlığına son qoymaq üçün girdiyini bildirib.

Tarix
2016.11.30 / 12:32
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla