Yuxarı

Ruslar seçim etdi - Putinin reytinqi açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar seçim etdi - Putinin reytinqi açıqlandı

Rusların 84%-i Rusiya Prezidenti Vladimir Putinin fəaliyyətindən razıdır.

Axar.az xəbər verir ki, “Levada Çentr” şirkətinin keçirdiyi sorğuya əsasən, prezidentin fəaliyyətini qəbul etməyənlər əhalinin cəmi 15%-ni təşkil edir.

Sorğuda iştirak edən respondentlərin 53%-i Baş nazir Medvedyevə simpatiya bəsləyir, 46% isə Medvedyevin istefasını istəyir.

Respondentlərin tam yarısı hələ də hökumətdən razıdır. 49% isə Nazirlər Kabinetinin onların istəklərini qarşılaya bilmədiyini düşünür.

“Levada Çentr” respondentlərdən həmçinin daha çox inandıqları siyasətçinin adını çəkməsini istəyib. Bu dəfə də hazırlanan reytinqdə ilk üçlük dəyişməyib. Ruslar daha çox Prezident Vladimir Putin (56%), Müdafiə naziri Sergey Şoyqu (23%) və Xarici İşlər naziri Sergey Lavrova (20%) inanır. Sonrakı yerləri isə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski (13%), Baş nazir Dmitri Medvedyev (12%), Kommunist Partiyasının sədri Gennadi Züqanov (9%), Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironov (4%), Moskva meri Sergey Sobyanin (4%), Patriarx Kiril (4%), Federasiya Şurasının sədri Valentina Matviyenko (3%) tutur.

Qeyd edək ki, Putinin reytinqi 2012-ci ildə pik həddə olub. Bu zaman ölkə əhalinin 86%-i prezidentin fəaliyyətindən razı olduğunu bildirib.

Tarix
2016.12.15 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla