Yuxarı

Yaralanan erməni əsgərlər taleyin ümidinə buraxılıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “İrs” müxalifət partiyasının üzvü, deputat Anahit Baxşyan qondarma “DQR”in baş nazirinin müavini Artur Ağabekyanı məhkəməyə vermək niyyətindədir.

Report xəbər verir ki, deputat "1in.am" xəbər portalına müsahibəsində bu addımı “Martik” (Döyüşçü) fonduna toplanmış pulların yox olmasına görə atacağını bildirib, hərbi qulluqçuların müalicəsi, Yerevan Mərkəzi Klinik Hospitalının vəziyyəti və bir sıra məqamlara da toxunub.

A.Baxşyan deyib ki, Ermənistan müdafiə naziri Viqen Sarqsyanın “Martik” (Döyüşçü) fonduna toplanmış pullar barədə açıqlamaları onu qane etmir: "V.Sarqsyan da narahat olduğum, həyəcan təbili çaldığım məsələlər barədə danışır və yeni heç bir şey demir. Fondun saytına əsasən pul koçürənlərin ümumi sayı 12 404 nəfərdir və onlar arasında bütün vəzifəli şəxslər var. Onların əksəriyyətini ödəniş etməyə məcbur ediblər. Bir nəfər mənə yazıb ki, həyat yoldaşının xəstəliyi səbəbindən ABŞ-a köçüb, keçmiş hərbi qulluqçu olduğuna görə Ermənistan Müdafiə Nazirliyindən sənədlərini tam qaydaya salmaq üçün fondun hesabına həm həyat yoldaşı, həm də öz adına təqribən 300 dollar pul ödəyib. Müdafiə nazirinin dediyinə görə 1 milyon 200 min dollar banklardadır. Lap yaxşı. Bəs bunlardan daxil olan faizləri hara gedib? Fond 2002-ci ildən fəaliyyət göstərir. Hesabın açıldığı HAYXNAYBANK isə mövcud deyil. Hərbi təhsil, xeyriyyə tədbirlərinə sərf olunması nəzərdə tutulan fondun vəsaitlərinin hara sərf edildiyi məlum deyil".

Erməni deputat vurğulayıb ki, aprel döyüşlərində yaralanan hərbi qulluqçulara heç bir maddi dəstək verilməyib: "Hazırda Qriqor Lusavoriç xəstəxanasında 5 hərbi qulluqçu müalicə alır. Onlar 7,8,9 il bundan əvvəl yaralanıblar və taleyin ümidinə buraxılıblar. Bizim “Muratsan” Yerevan Mərkəzi Klinik Hospitalında müalicə-bərpa şəraiti yoxdur. Axı nə üçün bu səhiyyə müəssisəsinin müvafiq müalicə şöbəsi yoxdur? Hospital təmir olunmur, 3-4 mərtəbəsində də tualeti pis vəziyyətdədir, normal palata, həkimlərin işləməsi üçün şərait yoxdur. Ümumiyyətlə, bu fond nə iş görüb, vəsaiti hara sərf edib? Hazırda yeni fond yaradırlar, ancaq cəmiyyət buna inanmır. Maraqlıdır, Hesablama Palatası nə üçün “Martik” fondunun fəaliyyətini yoxlamır? Mən istəyirəm fondun sədri, qondarma “DQR”in baş nazirinin müavini Artur Ağabekyanı və direktoru Sedrekyanı məhkəməyə verim, gəlib izahat versinlər".

Tarix
2016.12.17 / 18:06
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla