Yuxarı

Xameneinin vida mərasimində diqqətçəkən məqam - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneinin vida mərasimində diqqətçəkən məqam - Video

ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın ali dini lideri Əli Xameneinin Tehranda keçirilən vida mərasimində diqqətçəkən məqamlardan biri Səudiyyə Ərəbistanı nümayəndə heyətinin qarşılanması olub.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, mərasimdə müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətləri iştirak edib. Səudiyyə Ərəbistanını isə xarici işlər nazirinin müavini Vəlid bin Xaricinin rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyəti təmsil edib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məqamlardan biri Səudiyyə nümayəndə heyəti mərasim zalına daxil olarkən Qurani-Kərimdən "Ali-İmran" surəsinin 13-cü ayəsinin tilavət edilməsi olub. Sosial media istifadəçilərinin bir qismi bunun təsadüfi olmadığını, məhz Səudiyyə nümayəndələrinin gəlişi ilə əlaqədar həmin ayənin seçildiyini iddia edib.

Həmin ayədə Allah-Təala Bədr döyüşündə üz-üzə gələn möminlərdən ibarət ordu ilə kafirlərdən ibarət ordunun müqayisəsini təqdim edir.

Paylaşımlarda daha bir məqama da diqqət çəkilir. Bildirilir ki, Əfqanıstan nümayəndə heyəti zala daxil olarkən "Fəth" surəsinin 1–3-cü ayələri, Pakistan nümayəndə heyəti üçün isə "İsra" surəsinin 80-ci ayəsi oxunub.

Qeyd edək ki, mərasim zamanı oxunan ayələrin nümayəndə heyətlərinə xüsusi mesaj vermək məqsədi daşıdığı barədə rəsmi təsdiq yoxdur. Bu iddialar əsasən sosial şəbəkələrdə yayılan şərhlərə əsaslanır.

Tarix
2026.07.04 / 15:10
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

ABŞ-dakı dostlarımızı ürəkdən təbrik edirik - Hacıyev

"Demokratiyaya dəstək": İrəvan savaşa hazırlanır?

Bakı-Tiflis-Qars dəmir yolu Çinə qədər uzanacaq?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla