Yuxarı

Putinin “KQB”dəki rəisi güllələndi – Müəmma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin “KQB”dəki rəisi güllələndi – Müəmma

Rusiya prezidenti Vladimir Putinin keçmiş rəisi, "KQB" general-leytenantı Leonid Şebarşin dünən yaşadığı evində güllələnib.

"Axar.az" Rusiya mediasına istinadən məlumat verir ki, Şebarşin 1989-1991-ci illərdə SSRİ–nin xarici kəşfiyyatına cavabdeh olan Birinci Baş İdarənin rəisi vəzifəsində işləyib.

Bəzi rus mənbələrində bildirilib ki, 2000-ci illərin əvvəlində Qərb mediasında Putinin 1999-ci illərdə Almaniyanın xarici kəşfiyyat orqanlarına və Mərkəzi Kəşfiyyat İdarəsinə işləməsi barədə xəbərlər yayıldı. Ekspertlər bununla da Putinin əcnəbi xəfiyyəyə "verbovka" olunması iddiaları bir qədər də möhkəmlənmiş oldu.

Qeyd edək ki, Putinin adının bu hadisələrdə hallanması və məsələnin dəqiqliyi Sankt Peterburq şəhərində işıq üzü görən "Naşe Oteçestvo" qəzetində geniş çap olunmuşdu.

Maraqlıdır ki, sözügedən qəzetin baş redaktoru, Sovet Ordusunun ehtiyatda olan zabiti Yevgeni Şekatkinin FTX-nin uzun-uzadı sorğusundan bir müddət sonra - 2003-cü ildə qəfil "ürək tutmasından" ölüm xəbəri yayıldı. Dostları bildirmişdi ki, Şekatkinin heç vaxt ürəklə bağlı problemi olmayıb.

Leonid Şebarşinin dünən güllələnmiş vəziyyətdə tapılması isə bu məqamların yenidən gündəmə gəlməsinə səbəb olub.

Tarix
2014.03.31 / 19:05
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla