Yuxarı

Kadırov ermənilərə dəstək verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov ermənilərə dəstək verdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov ABŞ-ı və Qərb ölkələrini Suriyadakı erməni kəndlərinin atəşə tutulmasını araşdırmamaqda, eləcə də, "terrorçuların hərəkətlərinə haqq qazandırmaqda" ittiham edib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Ramzan Kadırov bu barədə İnstaqram səhifəsində yazıb: "Suriyada növbəti dəfə dinc sakinlərin qanı töküldü. Suriya hökumətinin bildirdiyi kimi, Türkiyə ərazisindən gələn silahlıların hücumu nəticəsində Keseb qəsəbəsində 100-ə yaxın adam həlak olub. Bunlar Suriyanın köklü sakinləri olan ermənilərdir".

Ramzan Kadırov Keseb qəsəbəsinə hühum edənlərin "Ən-Nüsrə Cəhbhəsi" və "İslam cəbhəsi" qruplaşmalarının silahlıları olduğunu xatırladıb və yazıb ki, terrorçuların İslamla heç bir əlaqəsi yoxdur, onlar müsəlman deyillər.

Ramzan Kadırov Avropa ölkələri və ABŞ-ın bu hadisələr qarşısında susduğunu bildirir və qeyd edir ki, bu ölkələr Suriyanın qanuni hakimiyyətinə qarşı çıxan dəstələrə yüz milyonlarla dollar, silah və xüsusi vasitələr ayırır: "Neçə min suriyalı ölməlidir ki, NATO ölkələri terrorçulara dəstəyə son qoyusunlar?"

Qeyd edək ki, martın 21-də Suriyanın Türkiyə ilə sərhədindəki Keseb qəsəbəsinə hucum olub. Hucumun olduğu ərazidə əsasən ermənilər yaşayır. Hücuma görə tərəflər bir-birini ittiham edir. Məlumata görə, hücum nəticəsində 80 nəfər ölüb.

Tarix
2014.04.01 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla