Yuxarı

Tu-154 ekipajının qəzaöncəsi son danışığı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tu-154 ekipajının qəzaöncəsi son danışığı - Video

15:46

Qara dəniz üzərində qəzaya uğrayan Tu-154 təyyarəsinin tapılan “qara qutusu”ndan biri ekspertlər tərəfindən oxunub. Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, təyyarə qanadlarında olan problemə görə idarəetməni itirib və hücum bucağı vəziyyətinə keçib.

Axar.az xəbər verir ki, pilotların kabinəsində gedən danışığın bəzi detalları açıqlanıb.

Danışıqlardan aydın olur ki, vəziyyət ekipaj üzvləri üçün gözlənilməz olub. İlk saniyələrdə hər iki pilot çaşqınlıqla üzləşsə də, sonradan özlərini ələ alaraq son ana qədər təyyarəni xilas etməyə cəhd göstərib.

Pilotlar arasında həmin an baş verən danışıqların bəzisini təqdim edirik:

- ...Sürət 300...

- (Anlaşılmır)

- Komandir, tarazlığı düzəltdim.

- (Anlaşılmır)

- (Söyür)

(Kəskin siqnal səsi gəlir)

- Qanadlar... (söyür)

- Yüksəklikölçən!..

- Biz...(Anlaşılmır)

(Yerə təhlükəli yaxınlaşmanı bildirən siqnal səsi gəlir)

- (Anlaşılmır)

- Komandir, düşürük!

Səs qeydinin sonu.

Qəzanı araşdıran komissiyaya yaxın mənbə “Life.ru”ya bildirib ki, “qara qutu”nun açılması nəticəsində Tu-154-ün qəzaya uğramasından əvvəl hücum bucağı göstəricisi (datçik) işlək vəziyyətdə olub.

“Qara qutu”nun açılması zamanı mütəxəssislər hücum bucağının artması ilə müşayiət olunan xarakterli siqnal səsi eşidiblər. Bu sistem kritik hücum vəziyyətinə avtomatik reaksiya verir”, - mənbə bildirib.

Onun sözlərinə görə, ekipaj üzvlərinin sürət yığan zaman uçuş-enmə mexanizmində problemləri olub:

“Qanad arxacıqları kiçik sürətdə təyyarənin hərəkətini idarə edir. İşlək vəziyyətdə onlar qanadların qaldırıcı gücünü artırır. Qanad arxacıqlarının vəziyyəti həm enmə, həm də uçuş zamanı çox vacibdir. Tu-154-ün nədə problemi yaranıb, heç nə demək mümkün deyil”.

Qeyd edək ki, təyyarə qəzadan düşməzdən öncə dispetçerlə pilotlar arasındakı son danışığın səs yazısı ötən gün yayılmışdı.

Tarix
2016.12.28 / 16:44
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Rusiya Azərbaycanın notasına cavab verdi

Əliyevdən Zelenskiyə: Bu cür hücumlar qəbuledilməzdir!

Səfirliyə hücum: Zelenski İlham Əliyevə zəng etdi

Azərbaycan Rusiyaya nota verdi

İran və Azərbaycan arasında aviareyslərin sayı artırılacaq

Bakı və İrəvan doğru siyasət yürüdür - Papuaşvili

Rusiya vurdu, səfirliyimizə ciddi ziyan dəydi - Video

Bakı məlumat verdi, türk polisi əməliyyat keçirdi - Video

Dövlət idarəçiliyində əsas ölçü meyarı xalqın maraqlarıdır

Mehdiyevlə bağlı gündəmi silkələyəcək ssenari...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla