Yuxarı

Ər-Riyadda miqrant üsyanı: ölən və yaralananlar var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ər-Riyadda miqrant üsyanı: ölən və yaralananlar var

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda miqrantlarla təhlükəsizlik qüvvələri arasında çıxan qarşıdurmada 2 adam öldü, 68 adam yaralandı.

"Axar.az"ın xəbərinə görə, paytaxt Riyadın cənubundakı Hayy Menfuha məhəlləsində dünən axşam şəxsiyyəti bilinməyən naməlum şəxslər barikada quraraq polisə müqavimət göstəriblər.

Səhər saatlarına qədər davam edən üsyanda, Səudiyyə Ərəbistanı və xarici ölkə vətəndaşlarından yaralananlar oldu. Hadisə yerinin yaxınındakı iş yerləri və maşınlar ziyan görüb.

Təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxiləsinin ardından qarşıdurmalara səbəb olan 561 adamın nəzarətə alındığı bildirildi.

Toqquşma nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı olan 2 adamın həyatını itirdiyi, 68 adamın yaralandığı deyilir.

Səudiyyə Ərəbistanı və Ərəb mediası hadisənin səbəbi kimi ölkədə yaşayan Efiopiyalı miqrantların deportasiyası göstərilir.

Tarix
2013.11.10 / 11:28
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla