Yuxarı

Jirinovski həbs edilə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jirinovski həbs edilə bilər

Rusiya Liberal Demokrat Partiyasının lideri (LDPR) Vladimir Jirinovski hamilə jurnalisti təhqir etdiyinə görə hakim qarsına çıxacaq.

Bir neçə gün öncə Jirinovskinin təhqir etdiyi "Rossiya segodnya" telekanalının jurnalisti xəstəxanalıq olub. Hamilə jurnalistin vəziyyəti ağırlaşıb.

Daha sonra "Rossiya segodnya" beynəlxalq informasiya agentliyinin rəhbərliyindən məsələ ilə əlaqədar olaraq açıqlama veriblər. Agentliyin baş direktoru Marqarita Simonyan bildirib Jirinovskinin barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək və onu məhkəməyə verəcəyik: "Dövlət Dumasında Vladimir Jirinovskinin etdiklərindən sonra bizim müxbirimiz xəstəxanalıq oldu. Biz bütün hüquq imkanlarımızdan istifadə edərək qanunvericiliyə uyğun olaraq Jirinovskini məhkəməyə verəcəyik".

Bundan başqa, "Rossiya segodnya" beynəlxalq informasiya agentliyinin rəhbərliyi Vladimir Jirinovskini Dumanın iclaslarında işirak etmək hüququndan məhrum etmək üçün Dövlət Duması Komissiyasına rəsmi müraciət ünvanlayıblar.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Liberal Demokrat Partiyasının lideri (LDPR) Vladimir Jirinovskinin təhqir etdiyi "Rossiya segodnya" telekanalının jurnalisti xəstəxanaya yerləşdirilib. Jurnalistin vəziyyəti ağırlaşıb. Həkimlərin müdaxiləsi nəticəsində jurnalistin vəziyyəti stabilləşib.

Xatırladaq ki, LDPR sədri Vladimir Jirinovski "Rossiya segodnya" telekanalının əməkdaşını təhqir etmişdi. Belə ki, Jirinovski parlament müxbirlərinin suallarını cavablandırarkən qəfildən əsəbiləşib. Xanım jurnalistlərdən biri Vladimir Jirinovskiyə "Rus kişisinin Ukraynaya girişinin qadağan olması ilə bağlı Rusiyanın Ukraynaya sanksiya tətbiq etməlidirmi?" sualını verib. Bundan bərk əsəbiləşən Jirinovski jurnalist qadını təhqir etməyə başlayıb. Bundan sonra Jirinovski partiyasından olan bir neçə kişini jurnalist qadınların üstünə itələyərək onları zorlamalarını istəyib. "Rossiya segodnya" telekanalının əməkdaşı hamilə olduğunu söyləsə də, Jirinovski onu da təhqir etməkdən çəkinməyib. /ANS/

Tarix
2014.04.20 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Solovyov rus elitasını təhqir etdi - Son yaxınlaşır?

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla