Yuxarı

Tramp azərbaycanlılara niyə qadağa qoymayıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp azərbaycanlılara niyə qadağa qoymayıb?

“Blomberq” agentliyi ABŞ Prezidenti Donald Trampın 6 müsəlman ölkəsinin vətəndaşlarına qoyduğu qadağa üzərindən bölgədə yerləşən digər müsəlman ölkələrini hədəf alıb.

Publika.az xəbər verir ki, agentlik qadağanın digər müsəlman ölkələrinə qarşı tətbiq edilmədiyinə dair sual qoyub.

Agentlik qeyd edir ki, Trampın fərmanında Azərbaycan, Türkiyə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə qarşı qadağa tətbiq edilməməsi ABŞ prezidentin ticarət əlaqələri ilə bağlıdır.

“ABŞ Prezidenti Donald Trampın immiqrant siyasəti ilə bağlı yeni fərmanında İraq istisna olmaqda, heç bir şey dəyişməyib. Onun təklif etdiyi siyahıya “Tramp” şirkəti ilə iş görən və ya potensial imkanların olduğu müsəlman ölkələri daxil deyil”, - deyə agentlik yazıb.

Donald Tramp immiqrant siyasəti haqqında yeni fərmanı imzalayıb. Fərman 16 mart tarixində qüvvəyə minəcək.

Fərman 90 gün ərzində altı ölkə - İran, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ABŞ-a girişinə qadağanı nəzərdə tutur. İraq əvvəl açıqlanan siyahıdan çıxarılıb.

Tarix
2017.03.07 / 22:13
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla