Yuxarı

Rusiya SSRİ-də doğulan hər kəsə qapı açdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya SSRİ-də doğulan hər kəsə qapı açdı

SSRİ-də doğulan hər kəs Rusiya vətəndaşlığı ala biləcək.

Axar.az “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, artıq Rusiya Dumasının Millətlərlə İşlər üzrə Komitəsi rus dilini bilən şəxslər üçün Rusiya vətəndaşlığının alınmasının asanlaşdırılması haqqında qanun layihəsini təsdiq edib. Sənəddə Rusiya “Federasiyası vətəndaşlığı haqqında” və “Xarici vətəndaşların Rusiyadakı hüquqi vəziyyəti haqqında” qanunlara düzəliş edilməsi təklif olunur. Millət vəkilləri rus dili daşıyıcıları kateqoriyasına keçmiş Rusiya İmperiyası və ya SSRİ ərazisində anadan olanları, həmçinin Rusiyada anadan olan şəxslərlə birinci dərəcəli qohumluğu olanları aid edəcəklər. Bu şəxslər Rusiya ərazisində başqa ölkənin vətəndaşlığından imtina etməklə bağlı sənədə imza atmadan daimi şəkildə yaşaya biləcəklər.

Qeyd edək ki, bu qanun layihəsini Dumanın MDB İşləri üzrə Komitənin sədr müavini Konstantin Zatulin hazırlayıb. Qanun layihəsinin, tezliklə, Dumada səsverməyə çıxarılacağı gözlənilir.

Tarix
2017.03.14 / 00:02
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla