Yuxarı

Dikinson: “Bu baş versə, Putin devriləcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dikinson: “Bu baş versə, Putin devriləcək”

Rusiyanın Ukraynada başlatdığı müharibə onun iqtisadiyyatını məhv etdi, Moskvanı beynəlxalq arenadan təcrid etdi.

Axar.az xəbər verir ki, bu sözlər analitik Piter Dikinsonun “Atlantik Şurası” mərkəzinin saytında dərc olunan məqaləsində yer alıb. O, Ukrayna müharibəsi ucbatından Rusiyanın Qərblə münaqişədə olduğunu və burada qalib gəlmək şanslarının az olduğunu bildirib:

“Rusiya Prezidenti Vladimir Putinin inadı ilkin baxışda istənilən məntiqə zidd kimi görünür. Rusiyanın Ukraynanı tez bir zamanda parçalamaq cəhdi uğursuz alındı. Rusiyaya qarşı sanksiyalar hələ də qalır, Ukrayna isə bütün siyasi xaos və korrupsiyaya rəğmən, Rusiyaya qarşı müqavimətdə daha möhkəm oldu. Qərbin mövqeyinin zəiflədilməməsi müharibənin diplomatik yolla başa çatdırılması üçün münbit şərait yaratmalı idi. Lakin Donbasdakı situasiya tamam başqa istiqmətdə hərəkət edir. Görünür, artıq dondurulmuş konflikt indi daha real görünür. Bu, Rusiya və Qərbi uzunmüddətli münaqişədə saxlayacaq, Ukrayna isə onların arasında sıxışdırılacaq. Əslində, Putinin manevr üçün daha az imkanı qalıb. Üstəlik, görünür, sadə rusiyalılar da son üç ilin gətirdiyi çətinliklərlə artıq barışıblar. Bu isə şovinizmin mütəmadi inyeksiyası sayəsində mümkün olub. Krımın anneksiyasından sonra meydana gələn eyforiyanın solmasının ilkin işartıları görünməyə başlayıb. Minsk razılaşmasının tələbləri çərçivəsində Ukraynanın şərqində genişmiqyaslı geri çəkilmə millətçi alovlanmasına səbəb ola bilər ki, bu da rejimin devrilməsinə gətirib çıxaracaq. Putinin Ukraynada kompromisə getməməsi başlanğıcını onun 1991-ci ildən sonra yaranan status-kvonu tanımamasından götürür. Putin demokratik dünyanın güclü müqaviməti ilə qarşılaşmayana qədər savaşacaq”.

Tarix
2017.03.31 / 01:13
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla