Yuxarı

AST Telmanın oğlu 50 minlə xilas oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın Arbitraj məhkəməsi azərbaycanlı keçmiş milyarder-oliqarx Telman İsmayılovun oğlu Ələkbər İsmayılovun müflis elan edilməsinə dair qaldırılmış iddia üzrə işə xitam verib.

Virtualaz.org xəbər verir ki, buna səbəb Ələkbər İsmayılovun onun müflis elan edilməsini tələb edən “BMV Bank”a olan borcunu ödəməsidir.

Bank T.İsmayılovun oğlu barədə iddianı məhkəməyə yanvarın 9-da təqdim edib. Ötən gün keçirilən məhkəmə iclasında bankın nümayəndəsi bildirib ki, cavabdeh tərəf borcunu ödəyib. “Biz iddiamızdan imtina edirik, çünki aprelin 20-də cavabdeh tərəf banka olan borcunun son hissəsini ödəyib, bununla da öhdəliyini tam yerinə yetirib”, - bankın nümayəndəsi bildirib.

Bildirilir ki, bank T.İsmayılovun oğlunu məhkəməyə verəndə onun borcu 50 min dollar təşkil edirdi. Ələkbər İsmayılov borcu üç hissəyə ödəyib və müflis elan olunmaqdan yaxa qurtara bilib. O, AST Qrupuna daxil olan şirkətlərin səhmdarı və idarəçisidir. “BMV Bank” Almaniyanın BMW avtokonserninin törəmə bankıdır.

Xatırladaq ki, məhkəmə T.İsmayılovu müflis elan edib və əmlakının hərraca çıxarılması haqda qərar verib.

Tarix
2017.04.26 / 00:38
Müəllif
Axar.az
Digər xəbərlər

MKİ əməkdaşlarının Bakıda gördüyü UNO-lar: Qəfil sürətləndi…

MN hərbi xidmətə qəbulla bağlı mühüm məlumat yaydı

Xankəndidə tapılan maraqlı hədiyyə: 30 il öncə... - Video

Samir Şərifov Suriyaya gedir, Şara ilə görüşəcək

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” təqdim edildi

İlham Əliyev Bütün Rusiyanın Patriarxı ilə görüşdü

Niyə Bakı Qafqazın “Las-Veqas”ı olmasın? - Video

Netanyahunun Bakıya səfəri təxirə salındı - Təcili

Nazir dostunun oğluna vəzifə və ödül verdi - Qalmaqal

"Yaşıl kart" lotereyasının nəticələri açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla