Kainat haqqında bilmədiyimiz bəlkə milyonlarla, hətta
daha çox həqiqət var. Milyardlarla ildən bəri sərhədlərini tamamilə
öyrənmədiyimiz, bəlkə də heç vaxt öyrənə bilməyəcəyimiz bu sonsuz
müstəvidə davamlı bir təkamül prosesi yaşanır.
Təkcə bir planetdə yaşayan insan üçün kəşf edilməsi çox uzun
zaman tələb edən kainatın ölçülərini rəqəmlərlə ölçmək bir çox
baxımdan qeyri-mümkün gələ bilər. Ancaq sonsuzluq kimi anladığımız
kosmosu əslində çox kiçik sərhədlərə sığdıra biləcəyimiz kimi başa
düşülməsi çox çətin görünən kainatı da asanlıqla təyin edə bilərik.
Bunu aşağıdakı 12 inanılmaz faktla sizə təqdim edirik:
1. Bütün insanlar bir şəkər kürəsinin həcminə sığa bilər.
Bunun səbəbi maddənin inanılmayacaq dərəcədə boş olmasıdır.
Maddənin ən fundamental quruluşunu təşkil edən atom kürəcikləri
Günəş sisteminin miniatürü kimidir. Atomun nüvəsi ətrafındakı
elektronlar günəşin orbitində hərəkət edən planetlərə bənzəyir.
Mərkəzdəki nüvə elektronların orbitlərinə müqayisədə çox
kiçikdir.
Bu da bu mənanı verir: Əgər dünyadakı bütün insanlarda olan
atomlardakı boşluqları çıxarsaq, yerdə qalan maddəni bir şəkər
kürəciyinə sığdıra bilərik. Çünki siz və digər bütün insanların
yüzdə 99.9999999999-u boşluqdan meydana gəlir.
2. Əgər Günəş banandan yaradılsaydı, eyni istiliyi verərdi
Günəşin istiliyi tərkibindəki bir çox maddədən
qaynaqlanmaqdadır. Günəş mərkəzinə çəkdiyi maddələri burada sıxaraq
təxminən 15 milyon dərəcədə isidir. Bu nöqtədə əhəmiyyətli olan
odur ki, növündən və tərkibindən asılı olmayaraq bütün növ maddələr
həll olunaraq "plazma" adlandırdığımız maddəyə çevrilir.
Qısası, Günəşin tam olaraq niyə meydana gəldiyi o qədər də
əhəmiyyətli deyil. Gerçəkdə günəş tərkibi hidrogen olan
katrilyonlarca ton qazdan ibarətdir. Digər tərəfdən, əgər
katrilyonlarca ton bananı bir araya gətirə bilsəniz, Günəşlə eyni
istilikdə olan bir sıxlıq əmələ gətirmiş olarsınız. Ancaq bananlar
günəş kimi davamlı istiliyini qoruya bilməz.
3. Kainatın yüzdə 98-i görünməzdir
Kainatın kütləsinin yalnız yüzdə 4-ü insanları, ulduzları və
planetləri meydana gətirən atomlardan yaranıb. İnsanlar isə hələ bu
kütlənin yalnız yarısını görə bilmək gücündədir. Kainatın yüzdə
23-ü isə əsrarəngiz "qaranlıq maddə"dən meydana gəlir. Qaranlıq
maddənin varlığını ehtimal etdiyimiz planetlərə görə onların
meydana gətirdiyi cazibə qüvvəsi sayəsində bilirik.
4. Kainatın yüzdə 73-ü qaranlıq enerjidən meydana gəlir
Hələ 1998-ci ildə kəşf edilən bu enerji bütün kosmosda yayılıb
və əks təsir qüvvəsinə malikdir. Əgər elmə məlum olmayan qalan
yüzdə 98-lik bilinməyən sahənin nə olduğunu kəşf etsəniz, böyük
ehtimalla Nobel mMükafatı alacaqsınız.
5. Dünyaya bu gün düşən gün işıqları 30 min il yaşındadır
Gün işığı Günəşin mərkəzində meydana gələn nüvə reaksiyaları
sayəsində meydana gəlir. Ancaq Günəş o qədər yüksək bir sıxlığa
sahibdir ki, gün işığının Günəşin mərkəzindən çıxaraq kosmos
boşluğuna çatması 30 min il vaxt aparır.
6. Günəş şüaları önünə heç bir maneə çıxmadan bir düz xətt
boyunca irəliləsəydi, Yer kürəsinə 2 saniyə ərzində çatardı.
Ancaq gün işığı o qədər ağır və ziqzaqlı bir yol keçir ki,
dünyaya çatması üçün təxminən 30 min il vaxt sərf edir. Yəni, bu
gün başınıza düşən gün işıqları əslində Buz dövründən qalma günəş
şüalarıdır.
7. Aşagı qatda oturanlar ən üst mərtəbədə oturanlarla müqayisədə
daha gec yaşlanır.
Bu, Eynşteynin cazibə nəzəriyyəsi ilə əlaqəli bir mövzudur.
Eynşteynin nəzəriyyəsinə görə, zaman güclü cazibə sahəsində daha
yavaş irəliləyir. Bir binanın aşağı mərtəbəsində olarkən təbii
olaraq ən üst qatda olan bir insanla müqayisədə dünyanın mərkəzinə
daha yaxın olarsınız.
Bu da daha çox cazibə qüvvəsinin təsiri ilə əlaqlədir. Nəticədə
daha gec yaşlanacaqsınız. Təbii ki, bu çox kiçik bir təsirdir. Yəni
gənc qalmaq üçün aşağı qatlarda bir ev axtarmaq məcburiyyətində
deyilsiniz.
8. Zaman səfəri fizika qanunları ilə bağlı deyil
Eynşteynin cazibə nəzəriyyəsinə görə, zaman səfəri prinsip
olaraq mümkün görünür. Fiziklər yarım əsrdən çox müddətdir ki,
zaman səfərinin mümkün olmadığını göstərməyə çalışır. Ancaq bu
vaxta qədər nəticə əldə edə bilməyiblər. Məşhur fizik Stefen
Havkinq bu ziddiyyəti ortadan qaldıracaq bir fizika qanununun hələ
olmadığına sübut gətirərək, fikrini belə ifadə edir: "Gələcəkdən
gələn ziyarətçilər bəs hardadır?".
9. Televiziya kanallarını dəyişdirərkən bir televiziyanın
çıxardığı statik elektrikin yüzdə 1-i "Böyük Partlayış"a aiddir
Kainat "Böyük Partlayış" adlandırdığımız bir atəş topunun içində
yarandı və atəş topunun çıxardığı istilik o gündən bu yana gedəcək
bir yer tapa bilmədi. Kainatda sıxılan istilik bu gün hələ də
ətrafımızdadır.
Təbii ki, bu istilik kainatın genişlənməkdə olduğu son 13.7
milyard ildə əhəmiyyətli dərəcədə enib. Buna görə də bu istilik
artıq gözlə görülə bilən işıq halında deyil, sadəcə, mikrodalğalar
halında televiziya antenlerinin ətrafında toplanır.
10. 1 milyon kainatı əhatə edəcək məlumatı 1 GB həcmində fləş
diskə yerləşdirmək mümkündür
Bu inanılması qeyri-mümkün olan güc nəzəriyyəsinin gerçək
olmasının səbəbi kosmik kainatın sahib olduğu quruluşdan
qaynaqlanır. Kainat fiziki kosmologiya daxilində sürətli
genişlənməyə məruz qalaraq, şişmiş bir maddə kimidir. İstər inanın,
istər inanmayın, 1 GB həcmində fləş diskə 1 milyon kainatı əhatə
edəcək məlumatı yerləşdirmək olar.
11. Sizcə, Merlin Monro ilə kosmosun bu gün necə bir əlaqəsi ola
bilər?
Aldığınız hər nəfəs Merlin Monronun verdiyi nəfəsdən bir atom
ehtiva edir. Bunun səbəbi atomların çox kiçik olmasıdır. Monronun
verdiyi hər nəfəsdə ağciyərlərindən çıxan atomlar atmosferə bərabər
olaraq dağılır. Bu səbəbdən də ötəri aldığımız hər nəfəsin Monronun
və ya Abraham Linkolnun, ya da digər bir insanın nəfəsindən gələn
bir atomu ehtiva etdiyini söyləyə bilərik.
12. Kainatın hansısa bir nöqtəsində sonsuz sayda siz
varsınız
Bu kosmologiyanın kiçik bir sirridir. Bunu elm adamlarının sizə
izah etmək istəməməsinin səbəbi isə utandırıcı olmasıdır. Ancaq
kainatın quruluşu ilə fizika qanunları bir araya gəldiyi zaman
ortaya çıxan "Quantum nəzəriyyəsi" kainatın elmə məlum olmayan hər
hansı bir nöqtəsində sonsuz dəfə təkrarlandığı bir sahə olduğunu
üzə çıxarır.
Bu günki dövrdə elm hələlik bu nəzəriyyə qarşısında acizdir.
Bəlkə doğurdan da kainatın hansısa hissəsində sonsuz sayda sizin
əksiniz var?