Yuxarı

Suriyalılar bu ölkəni zəbt etdilər - Tarixi göstərici

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyalılar bu ölkəni zəbt etdilər - Tarixi göstərici

Uzun illər İsveçdə miqrantların ən böyük qrupu finlər sayılırdı. Amma İsveç Mərkəzi Statistika İdarəsinin (MSİ) son məlumatlarına görə, artıq suriyalılar onları geridə qoyublar. Bu barədə məlumatı İsveç KİV-ləri yayıblar.

Axar.az xəbər verir ki, MSİ nümayəndəsi jurnalistlərə müsahibəsində bildirib ki, son bir neçə ildə İsveçə olduqca çox suriyalı gəlib. Ötən il burada 50 mindən çox adam məskunlaşıb. O, əlavə edib ki, bu göstərici tarixi hadisədir.

MSİ nümayəndəsinin məlumatına görə, İsveçdə yaşayan suriyalıların sayı bu ilin martında 158 min nəfər təşkil edib, halbuki finlərin sayı 153 min nəfərə bərabərdir. Qeyd edək ki, miqrantların sayı hesablananda ölkədə rəsmi qeydiyyatdan keçənlər nəzərə alınıb, sığınacaq almaq üçün müraciət edən şəxslər bu siyahıya daxil edilməyib.

İsveçə bu qədər qaçqının gəlməsi Suriyada gedən müharibə ilə bağlıdır.

Qeyd edək ki, hazırda İsveç vətəndaşlarının təqribən 18 faizi əcnəbi mənşəlidir. Ancaq bu ölkədə yaşayan finlərin sayı azalmaq üzrədir, çünki onların xeyli hissəsi İsveçə hələ ötən əsrin 80-ci illərində əmək miqrantı kimi gəlib.

Tarix
2017.05.12 / 23:54
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ramazan ayı münasibətilə iftar mərasimi keçirildi

XİN-dən təxliyə olunan vətəndaşlarımızla bağlı məlumat

Polad Həşimovun avtomobili - Video

Bu ölkələrin diplomatları İranda Azərbaycana təxliyə olundu

Aslan Əliyevin 4 milyonluq əmlakı müsadirə olundu

Gəmilərin uzaq məsafədən izlənmə sistemi təkmilləşdi

İsveçrədən Azərbaycana: Belə kritik bir vaxtda...

Ramil Mənsimov Azərbaycana ekstradisiya edildi

Bakıda BMT iclasında məruzələr dinlənildi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla