Yuxarı

Parisdə polisə hücumun təfərrüatı - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Parisdə polisə hücumun təfərrüatı - Yeniləndi

2017.06.06 - 19:29

Parisin mərkəzində - Notr-Dam kilsəsi önündə polisə hücum edilib.

Axar.az xəbər verir ki, çəkiclə silahlanmış şəxs kilsənin yaxınlığında polis patruluna hücum çəkib. Polislərdən biri başından zədə alıb, digəri isə atəş açaraq hücum edən şəxsi yaralayıb. Şahidlərin sözlərinə görə, iki atəş səsi eşidilib. İnsanlar vahimə içərisində hadisə yerindən uzaqlaşmağa başlayıblar.

İnsident zamanı kilsənin içərisində 900 nəfərədək insan olub. Polis onlardan binanı tərk eməməyi xahiş edib və hücumla əlaqəsi ola biləcək şəxsləri axtarır.

BFM telekanalı hücum edənin 40 yaşlarında Əlcəzair əsilli tələbə olduğu barədə məlumat yayıb.

Fransanın daxili işlər naziri Gerard Collomb hadisə yerinə gəlib. Burada mətbuata qısa açıqlama verən nazir hücum edən şəxsin əlində bir çəkic və bıçaq olduğunu və hücumu təkbaşına həyata keçirdiyini bildirib. Nazirin sözlərinə görə, həmin şəxs polisə zərbə endirərkən “bu, Suriya üçündür”, - deyə qışqırıb.

Paris Notr-Dam kilsəsini hər gün təxminən 30 min nəfər ziyarət edir.

Tarix
2017.06.07 / 00:14
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla