Yuxarı

Asteroid Yerlə toqquşacaqmı? - Rəsədxanadan cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Asteroid Yerlə toqquşacaqmı? -

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası "Ölüm asteroidi"nin Yerə yaxınlaşmasının təhlükə yaradıb-yaratmayacağına aydınlıq gətirib.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, belə asteroidlər il ərzində 3-4 dəfə Yerin yaxınlığından keçirlər: "Bunlar xırda göy çisimləridir. Yerə düşsə, böyük təhlükə törədə bilərlər. Amma indi belə bir ehtimal yoxdur".

Belə asteroidlərin sürətinin böyük olduğunu qeyd edən X.Mikayılov bildirib ki, sabah asteroidin Yerin yanından keçərkən sürətinin saatda 74700 kilometr olacağı gözlənilir:

"Bu, o deməkdir ki, asteroid saniyədə 20 km gedir. Bu, bütün göy çisimlərinin sürətinə yaxındır. Lakin bu asteroid Yerdən çox uzaq məsafədən keçir, onun heç Yerə yaxınlaşma ehtimalı yoxdur və Yer üçün təhlükəli deyil. Buna baxmayaraq, hər dəfə insanlar arasında təşviş yaradırlar".

X.Mikayılov qeyd edib ki, iyulun 11-də gecə kiçik teleskoplarla, eyni zamanda obyektivi çox böyük olan fotoaparatlarla asteroidin Yerə yaxınlaşmasını müşahidə etmək olar:

"Asteroid böyük sürətlə gəlib keçəcək. O, obyektivdə uzun, nazik xətt kimi görünəcək".

Tarix
2017.07.11 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla