Axar.az
Yuxarı

Əgər Rusiya vətəndaşının başından bir tük əskik olsa...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Dnestryanı bölgədə Rusiya vətəndaşının başından bir tük əskik olsa, cavab çox sərt olacaq.

Virtualaz.org xəbər verir ki, bu təhdidlə Rusiya Baş nazirinin müavini Dmitri Roqozin “Rossia 24” telekanalına müsahibəsində çıxış edib.

Ötən gün Rumıniya Roqozinin da göyərtəsində olduğu sərnişin təyyarəsinin ölkənin hava məkanından Moldovaya daxil olmasına icazə verməyib. Dnestryanı bölgəyə Rusiya “sülhməramlı qüvvələrinin” yeridilməsinin 25 illiyi münasibətilə təşkil olunan tədbirlərə qatılmaq və rusiyameylli prezident İqor Dodonla görüşmək üçün Moldovaya yollanan Roqozin Moskvaya geri qayıtmalı olub.

Ukrayna Rusiya təyyarələrinə hava məkanını bağladığından Moldovaya uçmaq üçün ancaq Rumıniyanın hava məkanından keçmək lazım gəlirdi.

Roqozin Moldovanın qərbyönümlü hökumətinə xəbərdarlıq edərək bildirib ki, Dnestryanı bölgədə 200 mindən çox Rusiya vətəndaşı yaşayır və Kişinyov bunu yaddan çıxarmalı deyil. Onun sözlərinə görə, Rusiya Dnestryanı bölgə ilə Kişinyov arasında dialoq qurmağa çalışır, ancaq hələlik buna nail olmayıb. Rusiya baş nazirinin müavini deyib ki, Moldova prezidenti ilə Kişinyovda görüşü baş tutmasa da, onunla Tehranda, Prezident Həsən Ruhaninin inaqurasiya mərasimində görüşüb “ciddi söhbət” edəcək.

Daha sonra isə Dnestryanı bölgənin rəhbəri Vadim Krasnoselski ilə görüşməyə hazırlaşdığını bildirib.

Roqozin müsahibədə Moldovanın qərbyönümlü hökumətini “cinayətkar” adlandırıb, bu hökumətin Qərblə eyni düşərgədə yer almaq üçün Rusiya ilə münasibətləri korlamağa çalışdığını deyib.

Moldova Prezidenti İqor Dodon hökumətdən fərqli olaraq Dnestryanı münaqişəsinin hərbi yolla həllini istisna edir. Dodon bildirib ki, qəti şəkildə bu ssenariyə qarşıdır.

Dnestryanı bölgə keçmiş sovet resublikaları ərazisində Moskvanın nəzarətdə saxladığı separatçı münaqişə ocaqlarından biridir. Rusiya bu bölgədə yaşayan etnik rusları kütləvi şəkildə pasportla təchiz edib. Vaxtilə Cənubi Osetiya və Abxaziya bölgəsinin sakinlərinə də kütləvi şəkildə Rusiya pasportlarının paylandığı məlum olmuşdu. “Rusiya vətəndaşlarının hüquqlarının pozulması” Moskvanın Ukrayna və Gürcüstana müdaxilə zamanı istifadə etdiyi arqumentdir.

Tarix
2017.07.30 / 12:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kiyevdən Ankaraya çağırış: taxılla birgə bu məhsullar da...

Azərbaycanda keyfiyyətsiz qənd istehsal edən müəssisələr...

Rusiya hədələdi: “Xüsusi əməliyyat” genişlənəcək

Ukraynaya MiQ-29-lar təhvil verilir

Pakistanda 180-dən çox insan bu səbəbdən öldü

S-300-lər Ermənistanda təqdim ediləcək

ABŞ hərbi gəmiləri Tayvan boğazında

Ukraynadan nə qədər məhsul ixrac olunub?

Ukrayna partizanları hərəkətə keçdi

Rusiya Su-25-i Ukraynada vuruldu - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla