Belarus və Moldova ilə Türkiyə arasında vizaların
qarşılıqlı olaraq ləğv edilməsilə bağlı imzalanan razılıq qərarı
rəsmi olaraq qüvvəyə minib.
Axar.az xəbər verir ki, Xarici İşlər Nazirliyi "29 mart 2013
tarixində Minskdə imzalanan və hər iki ölkə vətəndaşlarının pasport
növünə baxılmadan vizasız səyahət edə bilmələrini reallaşdıran
Belarus ilə vizaların ləğvi mövzusunda verdiyi açıqlamada "Türkiyə
Cümhuriyyəti ilə Belarus Respublikası arasında vizaların qarşılıqlı
olaraq ləğv edilməsi ilə bağlı razılaşma"nın 1 iyun 2014-cü il
tarixində qüvvəyə mindiyini deyib.
Nazirlik Türkiyə-Belarus arasında viza ləğvinin əlaqələrin
inkişafında əhəmiyyətli addım olduğunu vurğulayıb.
Eyni şəkildə, 1 noyabr 2012-ci il tarixində Ankarada imzalanan
Moldova-Türkiyə arasında vizasız səyahət rejiminin 1 iyun 2014-cü
il tarixində qüvvəyə mindiyi bildirilib.