Yuxarı

45 saat ac qalan it qonşunu diri-diri yedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Liverpul şəhərində yaşayan bir qadın sahiblərinin ac qoyub getdiyi itin hücumuna məruz qalıb.

Axar.az xəbər verir ki, yaşlı qadını diri-diri yeyən Çarli adlı itin sahibləri 12 ay həbs cəzasına məhkum ediliblər.
79 yaşlı qadın mətbəxtdə yemək bişirdiyi zaman qapını açıq qoyub. 45 saatdan çox ac qalan it boğazına bağlanmış zənciri qıraraq evə girib və qadına hücum edib.

Qadının köməyinə gələn qonşular onu itin ağzından ala bilməyib. Hadisə yerinə gələn polislərin itə atəş açmasından sonra onu dayandırmaq mümkün olub.

Sonradan müəyyən olub ki, 45 saat ac qalan it bu müddət ərzində plastik qablar, siqaret tullantıları yeyib, çirkli su içib.

İti silahla öldürən polis açıqlamasında gördüyü hadisənin həyatı boyu şahidi olduğu ən qorxunc səhnə olduğunu deyib.

İtin 30 və 29 yaşlı sahibləri onlara qarşı irəli sürülən bütün ittihamları qəbul ediblər.

Tarix
2014.06.05 / 03:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ABŞ diplomatı Şəhidlər xiyabanında - Foto

Şlyapa Zahidə hökm oxundu

Kiyev Moskva ilə Bakı arasında təxribat törətməyə hazırlaşır

Qusmanın dövlət mükafatları ləğv edilsin - Mironov

Azərbaycan qazının Suriyaya nəqli bu tarixdən başlayır

Rusiya DİN Şıxlinskini axtarışa verdi - Foto

Rusiya Şıxlinski ilə bağlı qərar verdi

İlham Əliyev Mərakeş Kralını təbrik etdi

Polşada azərbaycanlı tələbəyə hücum: Səfirliyə zəng etsəm də...

İsrailin yeni səfiri Bakıda - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla