Yuxarı

Azərbaycanlı erməni ilə imperiya yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Metafraks” şirkətinin sahibi 55 yaşlı iş adamı Seyfəddin Rüstəmovdur. İş adamı investor və xeyriyyəçi kimi, eyni zamanda, energetika, kimya sənayesində peşəkar biri olaraq tanınır.

Axar.az xəbər verir ki, Seyfəddin Rüstəmov barədə informasiya sahibi olduğu şirkətin 800 milyon avro dəyərində böyük bir tikinti layihəsi hazırlığı fonunda ortaya çıxıb.

Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar şəhərində anadan olub. İş adamı ali təhsillidir (sosial-humanitar institutu bitirib). Evlidir və üç övladı var.

Seyfəddin Rüstəmovun sahibkarlıq fəaliyyəti haqqında danışarkən 2000-ci ildən etibarən kimya və neft-kimya sənayesinin məhsullarının ticarətində, neft və qaz layihələri, enerji fondları, kommersiya və daşınmaz əmlaka sərmayə qoymaqda fəallığı ilə seçildiyini demək olar. O, 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altında olduğunu bildirir.

2017-ci ilədək şirkət Avropada (Krems, Avstriya) və Rusiyada (Perm, Moskva) istehsal obyektləri olan Rusiya və Avropanın ən böyük metanol, formalin və sintetik qətran istehsalçısı kimi tamhüquqlu şirkətlər qrupuna çevrilir. “Metafraks” şirkətinin illik gəliri 40 milyard rubl təşkil edir. Şirkətlər qrupunun illik investisiya həcmi təxminən 5 milyard rubla bərabərdir. Şirkətin kimya bölməsi metanol, formalin, pentaeritritol, urotropin, formaldehid konsentrat (CFA), sintetik qətranlar, poliamid və digər məhsullar istehsal edir və təchizat coğrafiyası dünyanın 50-dən çox ölkəsidir. Şirkətin bütün səviyyələrdəki vergi xərcləri hər il təxminən 2 milyard rubl təşkil edir.

Səyfəddin Rüstəmov eyni zamanda xeyriyyəçiliklə məşğul olur. İş adamı və həyat yoldaşı səhiyyə, transplantologiya, xərçənglə mübarizə, eləcə də təhsil və incəsənət sahəsində müxtəlif fondları dəstəkləyir.

Qeyd edək ki, “Metafraks” şirkətinin əsas qəyyumunun adı əvvəllər açıqlanmayıb. Qubaxa Kimya Kombinatının əsas səhmdarı S.Rüstəmovun maraqlarını 2002-ci ildən direktorlar şurasının sədri vəzifəsini yerinə yetirən Armen Qarslyan təmsil edir. ASC-nin tərəfdaşları arasında müxtəlif illərdə “SIBUR” (33%-ə məxsus) şirkəti, Pananın “Mirvak” və Kiprin “Lipanet Limited” kampaniyaları olur. Kipr şirkəti 2007-ci ildən etibarən nəzarət payına sahib olmuşdur. 2017-ci ildən ASC-də nəzarət payı 92 faiz səhmə sahib olan Rusiyanın "MetaHolding" şirkətinə məxsusdur.

Qarslyanın sözlərinə görə, sahibkar kimya aktivlərinin inkişafı ilə yanaşı, bir çox xeyriyyə tədbirlərində iştirak etsə də, bunu reklam etmir.

“Gecə və axşam sahibkar yalnız “Metafraks” şirkətlər qrupunun strateji idarəetmə məsələləri ilə deyil, həmçinin operativ məsələlərlə də məşğuldur. İndi eyni vaxtda üç böyük tikinti layihəsi barədə danışıqlar aparırıq. Gənc sahibkarımız var, nə etdiyini, kiminlə etdiyini, hara getdiyini yaxşı anlayır”, - şirkətin direktorlar şurasının sədri bildirib.

Qeyd edək ki, kombinatın yekun benefitsiarı haqqında məlumat qanunvericiliyin dəyişməsi, eləcə də irimiqyaslı “Metafraks” layihəsi fonunda ictimaiyyətə açıqlanıb. Şirkət təxminən 800 milyon avro dəyərində olan ammonyak, karbamid və melamin istehsalı qurğularının (AKM layihəsinin) tikintisinə başlayacaq və hazırda layihələri maliyyələşdirmək üçün banklarla danışıqlar aparır.

Tarix
2017.10.16 / 11:01
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla