Yuxarı

Peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peşə məktəbinin həyətində tələbənin meyiti tapıldı

11:12

Gəncədə yeniyetmənin meyiti tapılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə şəhərdə yerləşən peşə məktəblərinin birinin həyətində qeydə alınıb. Bu gün səhər saatlarında peşə məktəbinin həyətində 2008-ci il təvəllüdlü R.Bayramovun meyiti aşkarlanıb. Onun peşə məktəbinin tələbəsi olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. İlkin məlumata görə, 18 yaşlı gənc ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

***

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma başlanıb.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Röyal Vüqar oğlu Bayramov səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfil pisləşib və huşunu itirərək yıxılıb:

"Hadisə dərhal qeydə alınıb, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Lakin göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırma aparılır. Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraq ictimaiyyətə açıqlanacaq".

***

12.01.2026-ci il tarixində saat 08:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Gəncə şəhərindən təcili çağırış qeydə alınıb.

Bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2008-ci il təvvəllüdlü şəxsin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb.

Ətrafdakıların təkidi ilə saat 09:10 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya həyata keçirilib.

Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı təsdiq olunub və aidiyyəti üzrə təhvil verilib.

Tarix
2026.01.12 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla