"Türkiyə Latakya bölgəsini tutub Suriyanın şimal və
dənizə açılan bölgələrini idarə altına almağa
hazırlaşırdı".
Axar.az xəbər verir ki, Ermənistan Milli Elmlər Akademiyası
Şərqşünaslıq İnstitutunun müdiri Ruben Safrastyan maraqlı açıqlama
ilə çıxış edib. Onun sözlərinə görə, Türkiyə Suriyada yaşayan
ermənilərlə bağlı müdhiş planlar həyata keçirməyi planlayıb:
"Türkiyənin planı iki hissədən ibarət idi. Birincisi strateji,
ikincisi isə taktiki. Strateji olaraq Türkiyə Latakya bölgəsini
tutub Suriyanın şimal və dənizə açılan bölgələrini idarə altına
almağa hazırlaşırdı. İkincisi isə, Kesab şəhərinin ermənilər
yaşayan hissəsini ələ keçirməyi nəzərdə tuturdu. Əgər beynəlxalq
təşkilatlarda Kesab ilə əlaqədar səs-küy olmasaydı, Türkiyə
hazırladığı planı həyata keçirəcəkdi".