Yuxarı

Dünyanın ən qorxulu 5 yeri - Axar TV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın bir sıra əraziləri insanlarda hər zaman qorxu hissi yaradıb.

Axar TV insanlarda qorxu yaradan dünyanın ən dəhşətli 5 yerini təqdim edir:

1. Çauçilla məzarlığı, Peru.

Naska Perunun cənubunda olan şəhərdir. 27 min əhalisi olan bu şəhər daim turistlərlə dolu olur. Onların əksəriyyəti Çauçilla qəbiristanlığını görmək üçün gəlirlər. Bu ərazidə ölüləri torpağa basdırmırlar, ölülər çubuqlarla əhatələnmiş böyük çuxurun içərisində oturaq vəziyyətdə qalırlar. Texnologiya sayəsində bu cəsədlərin sümükləri olduğu kimi qalıb.

2. Exo vadisi, Filippin.

Filippindəki Exo vadisi qayalarla doludur. Onların üzərində tabutlar asılıb. Yerli camaat inanır ki, daha yüksək qayalıqdan asılmış cəsəd daha tez göydə olacaq. Bu ənənə artıq 2 min ildən çoxdur ki, burada yerinə yetirilir.

3. Kutna Qora, Çexiya.

Bura insan sümüklərinin saxlandığı ən məşhur yer hesab edilir. Antropoloqların fikrincə, burada 40 mindən çox insan qalığı mövcuddur.

4. Kapuçin məzarlığı, İtaliya.

İtaliyanın Palermo şəhərindəki Kapuçin yeraltı məzarlığı görənləri heyrətə gətirir. Minlərlə cəsədin sərgiləndiyi bu yerə girmək hər adamın işi deyil. 8 min cəsədin yerləşdiyi “Ölülər kilsəsi”ndəki sonuncu meyit 2 yaşındakı Rozaliya Lombardo adlı qıza məxsusdur.

5. Drakula qalası, Rumıniya.

Transilvaniya qalası daha çox “Drakula qalası” kimi məşhurdur. Bu qala Karpatlarda dəhşətli uçurumun kənarında tikilib. Qalada 56 otaq var və yalnız onlardan birində böyük çarpayı var. Əfsanəyə görə, qalanın sahibi məhz burada öz qurbanlarının qanını içirdi.

Tarix
2017.11.20 / 17:49
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla