Yuxarı

Ukraynanın işğal planı niyə baş tutmadı – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın işğal planı niyə baş tutmadı –

Fərdi sanksiyaların tətbiqi olmadan dərc edilmiş “Kreml məruzəsi” hədəfin optik nişanla işarələnməsidir. Həmin siyahıya salınan şəxslərdən hər biri sanksiyaların altına düşə bilər.

Publika.az xəbər verir ki, bu fikirləri “Russkaya Monitor” nəşrinin müxbiri ilə söhbətində maliyyəçi və siyasi şərhçi Slava Rabinoviç deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasında ehtiyat addımlar var və onlar Rusiyanın qarşıdakı dövrdə davranışından asılı olaraq.

Sanksiyaların az olması və yaxud da onların işləməməsi barədə Ukrayna hakimiyyəti, şərhçilər və jurnalistlərin fikrinə gəlincə, Rabinoviç bununla razılaşmadığını bildirib:

“Əslində bu belə deyil. Krımın zəbt edilməsindən sonra Ukraynanın şərqində müharibə başlayanda Rusiya Prezidenti Vladimir Putinin ritorikası çox sərt idi. O, 2014-cü ilin mart-aprel aylarından başlayaraq dəfələrlə az qala bütün dünyada rusdilli əhalinin birliyi və onların müdafiəsi haqqında danışırdı. Ukraynanın konkret şəhərləri və vilayətlərini sadalayaraq, “Novorossiya” sözündən istifadə etdi. Bu əraziləri Ukraynadan ayırmaq və zəbt etmək barədə fikirləşdi. Biz həmçinin bilirik ki, “Novorossiya” planı real idi və Mariupol vasitəsilə Krıma quru dəhlizin açılması nəzərdə tutulurdu. Amma sonra sanksiyalar işə düşdü. Hesab edirəm ki, Putin 95 faiz ehtimalla məhz sanksiyalara görə dayandı. Beləliklə, sanksiyaların işləmədiyini demək olmaz. Xatırladaq ki, hələ ABŞ-dakı seçkilərindən əvvəl Barak Obama Putinlə ikitərəfli görüşdən əvvəl Rusiya prezidentinə şəxsən dedi: “Biz bilirik ki, siz edirsiniz (Seçkilərə müdaxilə -red.) və mən xahiş etmirəm, məhz bunu dayandırmağı tələb edirəm”. Bu görüşdən sonra haker hücumları dayandırıldı”.

Maliyyəçi Rusiyanın ABŞ-dan sonra Almaniya, Fransa, Polşa və Çexiyadakı seçkilərə müdaxilə etdiyini, Çernoqoriyada dövlət çevrilişi təşkil etməyə çalışdığını vurğulayıb:

“Belə nümunələri çox çəkmək olar. Bugünkü siyahı bir xəbərdarlıqdır: əgər siz bütün dünyada cinayətkar fəaliyyətlə məşğul olacaqsınızsa, onda sanksiyalar tətbiq etməyə başlayacağıq. Unutmayın ki, sanksiyalar bəzilərinə qarşı bu gün və ya sabah, bəzilərinə qarşı isə 3 ay sonra tətbiq edilə bilər. Yəni Amerika administrasiyasında əllər tamamilə açılıb və istənilən hərəkətlərə təşəbbüs edilə bilər. Bu, çox effektiv üsuldur, çünki Putin heç nə ilə cavab verə bilməyəcək”.

Onun sözlərinə görə, Amerika administrasiyası “Kreml məruzəsi”nə daxil edilən oliqarxları çox ciddi seçim qarşısında qoyub: “Amerika administrasiyasının mesajı aydındır: “Siz seçim etməlisiniz, ya sizin milyardlarınız, Amerika və bütün mədəni dünya, ya da Putin. Sizin başqa seçiminiz yoxdur”.

S. Rabinoviç qeyd edib ki, seçim tələbi elitaların parçalanması ehtimalını yüksəldir.

Tarix
2018.02.01 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi ilə bağlı sürpriz gəlişmə...

Bakı ilə davamlı sülhün olması üçün... - Xandanyan

Azərbaycanda iş adamına 200 min dollar dələduzluq edildi

Adnan Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı

Əli Əsədov Natalya Petkeviçlə görüşdü

Tramp Azərbaycandan danışdı: Buna son qoydum...

Qəzza zolağı və Bakı-İrəvan münaqişəsi... - Lukaşenko

Tehranın yox, Bakının verdiyi dəhlizi seçdik - Papoyan

Ramiz Mehdiyevin məktubuna İsa Qəmbərin reaksiyası

Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla