Yuxarı

Romaya Ərdoğan üçün həyəcan verildi: 24 saat, 3500 nəfər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Romaya Ərdoğan üçün həyəcan verildi:

Roma Papası Fransiskin dəvəti ilə İtaliyaya səfər etməsi planlaşdırılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri öncəsi Romada təhlükəsizlik qüvvələrinə həyəcan siqnalı verilib.

Axar.az xəbər verir ki, səfər zamanı Türkiyə prezidentinin mühafizəsini təşkil etmək üçün 3500 təhlükəsizlik əməkdaşı cəlb olunub.

Məlumata görə, Ərdoğanın gəlişinə artıq bir həftədir hazırlaşan Roma polisi və xüsusi xidmət orqanları xüsusən PKK-çıların paytaxtın mərkəzi meydanlarında toplaşmasının qarşısını almaq üçün qadağa qoyub. Paytaxtda həmçinin bəzi yolların Ərdoğanın səfəri zamanı 24 saat ərzində nəqliyyatın hərəkətinə bağlanacağı bildirilib.

Ərdoğanın təhlükəsizliyi üçün yaxın bölgələrdən əlavə qüvvələrin cəlb olunduğu təhlükəsizlik xidmətini həmçinin səfər zamanı təcili tibbi yardım maşınları və yanğınsöndürmə briqadaları da müşayiət edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada Papa Fransiskdən sonra italiyalı həmkarı Sergio Matarella və Baş nazir Paolo Centiloni ilə görüşəcək.

Tarix
2018.02.02 / 14:44
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla