Yuxarı

FETÖ-çudan qandonduran ifadə: “Tankla əz” dedilər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
FETÖ-çudan qandonduran ifadə:

Türkiyədə FETÖ istintaqı çərçivəsində həbs edilən hərbçi Ömər Qalının məhkəməyə verdiyi ifadə qardaş ölkədə rezonans doğurub.

Axar.az xəbər verir ki, idarə etdiyi tankla 4 nəfəri əzərək öldürən və bir çox şəxsi yaralayan Qalın bunu komandirlərinin əmri ilə etdiyini bildirib. Tankın irəliləyə bilmədiyini söyləyən Qalın deyib:

“Polkovnik Fatih Sönməz “Əz” əmrini verdi. Kapitan Sərdar Dəyirmandərə də məni təhdid etdi. “Qazı bas, cəld hərəkət elə” dedi. Təhdidlərdən sonra tankı sürməyə məcbur oldum. Mən tankla maşınları əzdim, ancaq içərisində insanlar yox idi. Mən görmədim. İnsanlar maşınlardan kənarda dayanmışdı. Tankdan enəndə şokda idim, yerə oturdum və su içdim. Beş ay sonra həbsdə olarkən gələn sənədlə şəhid və qazilərin olduğunu öyrəndim”.

Ömər Qalının ifadəsindən sonra çarpaz sorğuya başlanılıb. İttihamçının “Nəyə görə tankı müvəqqəti olaraq nasaz vəziyyətə salmadın?” sualına müttəhim bunu bacarmadığını deyib.

İstintaq çərçivəsində həbs edilmiş kapitan Sərdar Dəyirmandərənin sualı isə tərəflərin mübahisəsinə səbəb olub. Məhkum kapitanın “Tankı dayandırsan, sənə nəsə edə bilərdim” sualına Qalın belə cavab verib:

“Fatihlə ikiniz əlbir idiniz. Əlinizdə silah var, atəş açırdınız. Mən bir hərbçi kimi həqiqətlərin üzə çıxması üçün əlimdən gələni edirəm. Utanmadan bir də inkar edirsiniz. Allahdan heç qorxmursunuz? Həbsxanadan qorxmaqdansa, Allahdan qorxun”.

Tarix
2018.02.05 / 16:57
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla