Yuxarı

Ərdoğan Əsədlə görüşməsə… - Duqin açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ordusunun Afrinə girməsinin hansı nəticələr verəcəyi Türkiyədən asılıdır.

Axar.az xəbər verir ki, bunu “Aydınlıq” qəzetinə açıqlamasında rusiyalı ideoloq Aleksandr Duqin söyləyib.

“Bu məsələni diqqətli şəkildə dəyərləndirməliyik. Bununla bağlı yaxın zamanlarda Putinlə Ərdoğan müzakirə aparmalıdır. Fikrimcə, Putin Əsədlə əlaqələrin qurulması istiqamətindəki təkilifini yeniləyəcək. Kürdlər bu məsələdə daha ağıllı davranırlar. Ona görə ki, Türkiyənin qarşısında dayana bilməyəcəklərini anlayırlar. Bunun üçün də Əsədin yanına keçirlər. Amerikalılardan başqa hər kəsin bu tərəfdə olması gərəkdiyini düşünürəm. Eyni tərəfdə olsaq, bu məsələni həll edə bilərik. Əgər bunu etməsək, ABŞ imperializminin silahına çevriləcəyik.

Hazırda Suriyada Rusiya, İran və Əsəd bir tərəfdə, Amerika və Səudiyyə Ərəbistanı başqa bir tərəfdə yer alır. Qətər və Türkiyə öz geosiyasi maraqlarını qorumaq üçün ABŞ koalisiyasından ayrılıblar və dolayısı yolla Rusiyanın müttəfiqlərinə doğru yönəliblər. Onların hansı tərəfdə yer alması Əsədlə bağlı verdikləri qərardan asılı olacaq. Əgər Ərdoğan Əsəd ilə görüşməsə, o zaman kürdlərin həm ABŞ-ın Suriyada qalmasını istəyib, həm də Əsədin yanında yer alacaqlarını görəcəyik. ABŞ Əsədi devirə bilməyəcəyini anlayanda oyunun qaydalarını dəyişdirməyə çalışacaq. Ərdoğan Əsədlə görüşməməklə zaman itirir”, – deyə o bildirib.

Tarix
2018.02.22 / 13:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - Foto

Frank Şvabe siyasi terrorçudur - Səməd Seyidov

Mirzoyan açıqladı: Türkiyə və Azərbaycanla...

İlham Əliyev ABŞ rəsmilərini qəbul etdi

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Ermənistan sərhəddəki bu kəndi minalardan təmizlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla