Yuxarı

ABŞ-a Rusiyadan cavab: “Coğrafiyanı öyrənin”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-a Rusiyadan cavab: “Coğrafiyanı öyrənin”

Rusiya Müdafiə Nazirliyi ABŞ Dövlət Katibliyinin sözçüsü Jen Psakinin Ukrayna sərhədi yaxınlığında Rusiya Hərbi hava qüvvələrinin yerləşdirilməsi ilə bağlı narahatlığına aydınlıq gətirib.

Axar.az xəbər verir ki, Jen Psakinin "Rusiyanın Həştərxan bölgəsində təşkil etdiyi hava qüvvələri və hava hücumundan müdafiə sistemlərinin döyüş vəziyyətinə gətirilməsindən narahatıq. Bu, Ukraynanın şərqində sabitliyə zərər vurur", - sözlərinə Rusiya Müdafiə Nazirliyi belə cavab verib:

"Nazirliyimiz xanım Psakinin yeni açıqlaması ilə tanış oldu və onun coğrafiyadan məlumatlı olmadığına təəssüfləndi".

Nazirlik sözçüsü Həştərxandakı Aşuluk poliqonunda keçirilən təlimlərin Rusiya-Ukrayna sərhədindən yüzlərlə kilometr uzaqlıqda olduğunu xatırladıb.

Xatırladaq ki, Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə təlimlərini Hərbi Hava Qüvvələri Baş Komandanı general-leytenant Viktor Bondarevin rəhbərliyi ilə avqustun 4-dən Aşuluk poliqonunda keçirir. Təlimlər avqustun 8-dək davam edəcək.

Tarix
2014.08.06 / 22:50
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla