"Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza
içərisində çətin şərtlər altında mübarizə aparan sıravi insanlara
böyük simpatiyam var".
Obama ABŞ-Afrika Liderləri Zirvəsinin sonunda təşkil etdiyi
mətbuat konfransında, İsrail ilə Həmas arasındakı atəşkəsin
uzadılması səylərini və İsrail Baş naziri Binyamin Netanyanunun
Qəzza hücumunu "haqlı və mütənasib" olaraq xarakterizə edən
sözlərinə bağlı bir sualı cavablandırıb.
İsrailin məskunlaşma yerlərini hədəf alan raket hücumlarına
qarşı özünü müdafiə etmə haqqını israrla dəstəklədiyinə diqqəti
çəkən və Həması "məsuliyyətsiz" olmaqda ittiham edən Obama, bunun
yanında, qadın və uşaqlar da daxil günahsız vətəndaşların başına
gələnlərə görə təəssüfləndiyini bildirib.
Hal-hazırda ən azı müvəqqəti bir atəşkəsin təmin edilmiş
olmasından çox xoşbəxt olduğunu ifadə edən Obama, indi soruşulması
lazım olan problem, bu müvəqqəti atəşkəsin uzadılmasını necə təmin
etməliyik sualıdır- deyə bildirib.
Misirdəki görüşləri dəstəklədiyini deyən Obama; "Məncə qısa
müddətli hədəf, raket hücumlarının yenidən başlamayacağından,
İsrail hökumətinin bu tunelləri blok etmə işinin tamamlandığından
və bu qarşıdurmanın nəticəsində çox pis ziyan görən Qəzzanin
yenidən inşasına köməkçi olma müddətinə girmiş olduğumuzdan əmin
olmalıyıq. Qəzzada bundan sonra iqtisadi artıma və əhalisinin
çoxunun cavan olduğunu nəzərə alaraq məşğulluq probleminə
yönəlməliyik. Qəzza xalqına istiqamətli fürsətlərdən dəyişim görmək
məcburiyyətindəyik " deyə bildirib.
"Qəzza xalqının ümidə ehtiyacı var" - deyən Obama, belə davam
etdi: "Həmasa qarşı heç bir simpatiyam yoxdur. Amma Qəzza
içərisində çətin şərtlər altında mübarizə verən sıravi insanlara
böyük simpatiyam var. O zaman bu sual ortaya çıxır; İsrailin
Qəzzanı atəşə tutmamasından və Qəzza xalqının dünyadan təcrid
olunmuş vəziyyətdən çıxmasına bir yol tapa bilərikmi? Məncə əldə
düsturlar var ancaq siyasi liderlər tərəfindən risklər alınması
tələb olunur. Güvənin yavaş şəkildə yenidən yaradılması lazımdır
ki, son şahid olduğumuz şiddətdən sonra bu əlbəttə çox çətin
görünür. Bu səbəbdən o nöqtəyə dərhal çatacağımızı sanmıram. Ancaq
ABŞ-ın hazırki hədəfi, atəşkəsin mühafizə edilməsi, Qəzzanin
yenidən inşa müddətinə başlaması, Qəzza xalqının bir az ümid hiss
eşitməsini və İsrail xalqının da son bir neçə həftə ərzində baş
verdiyinə bənzər raket hücumlarına təkrar məruz qalmayacaqlarından
əmin olmasını təmin edəcək tədbirlərin alınmasıdır".
ANS