Yuxarı

Biz "kasıb qohum" ola bilmərik

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biz "kasıb qohum" ola bilmərik

Tərəflər normal şərtlərlə razılığa gələndə və Ukrayna iqtisadi cəhətdən buna hazır olanda Avropaya inteqrasiya haqqında assosiasiyası sazişini imzalayacaq.

"Axar.az"ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Viktor Yanukoviç ölkənin televiziya kanallarına müsahibəsində deyib. Xəbəri UUN agentliyi yayıb.

Yanukoviç bildirib: "Biz özümüz üçün rahat olan səviyyəyə çatan kimi və saziş bizim maraqlarımıza cavab verdikdə, biz normal şərtlərlə razılığa gələ bildikdə imzalanma haqqında danışıqlar aparacağıq. Biz heç yerdə əlini uzatmış "kasıb qohum" ola bilmərik".

Onun sözlərinə görə, o cümlədən xarici siyasət üzrə qəbul edilən istənilən dövlət qərarının əsasında Ukraynanın milli maraqları dayanmalıdır: "Əsas amillər Ukraynanın maraqlarıdır. Biz və şəxsən mən daim qəbul edilən hər hansı qərarın əsasına yalnız Ukraynanın maraqlarını, milli maraqları qoyuruq".

Viktor Yanukoviç onu da bildirib ki, Ukrayna özünün bütün xarici siyasət tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətləri dəstəkləməlidir ( Trend ).

Tarix
2013.11.27 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

ŞƏT üçün vacib arteriyalardan biri məhz Bakıdır

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla