Yuxarı

Məşhur iş adamları ölümdən döndülər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk iş adamı Acun İlıcalının təyyarəsiylə İstanbula gələn "Trabzonspor" futbol klubunun rəhbəri İbrahim Hacıosmanoğlu və Əli Ağaoğlu havada ciddi təhlükəli anlar yaşayıb.

"Trabzonspor" rəhbəri İbrahim Hacıosmanoğlu keçən həftə Əli Ağaoğlu və 8 iş adamıyla klubunun "Əskişəhərəspor"la oynadığı matçdan sonra İstanbula qayıtmaq üçün Acun İlıcalının keçən ay təxminən 25 milyon TL verib aldığı 10 adamlıq "Challenger 300" (çelıncer) model təyyarəsini kirayəyə götürüb.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor"un "Əskişəhər"i 1-0 udması ilə kefləri yaxşı olan iş adamlarının bu sevinci uzun çəkməyib. Trabzon aeroportundan qalxandan bir az sonra təyyarə kompüter sistemindəki bir səhv üzündən 80 dərəcəlik bucaqla yüksəlməyə başlayıb.

Təhlükə son anda sovuşdu

Havaya qalxan təyyarədəki nasazlıq rabitə qülləsindəki pilot tərəfindən aradan qaldırılıb. Burnu təxminən 85 dərəcə qalxan təyyarənin bu vəziyyəti 95 dərəcəyə qalxsaydı pilot müdaxiləsinə baxmayaraq, təyyarə xilas edilə bilməyəcəkdi. Amma təyyarəni avtomatik pilotdan alan kapitan soyuqqanlı davranaraq yavaşca təyyarənin burnunu endirərək normal vəziyyətə gətirib.

Sevənlərimizin duaları sayəsində yaşayırıq

Acun İlıcalıdan kirayələdikləri təyyarə ilə İstanbula gələrkən böyük təhlükədən qurtulan Trabzonspor Klub rəhbəri İbrahim Hacıosmanoğlu yaşadıqlarını belə izah edib: "Əli Ağaoğlu və 8 dostumuzla birlikdə Trabzondan İstanbula qayıdırdıq. Qalxandan bir az sonra təyyarə avtomatik pilotda olduğu üçün dikəlməyə başladı. Buna görə təyyarədə çaxnaşma yaşandı. Ancaq təcrübəli pilot dostumuzun sayəsində xilas olduq. Sonradan öyrəndiyimizə görə, təyyarə 85 dərəcəyə qədər yüksəlib. 90 dərəcəyə az qalıbmış. Veriləcək sədəqəmiz varmış. Sevənlərimizin duası sayəsində yaşayırıq. Bu dəqiqə yeni doğulmuş körpə kimiyik".

Tarix
2013.11.27 / 13:13
Müəllif
Nilüfər Muğantürk
Digər xəbərlər

Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla