Yuxarı

Prezidentin cangüdəni özünü güllələdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan prezidenti İslam Kərimovun mühafizə xidmətində çalışan snayper-cangüdən başına güllə sıxmaqla həyatına son qoyub.

Virtualaz.org saytı "Rosbalt"a istinadən xəbər verir ki, buna baxmayaraq sözügedən intihar faktı barədə hələ heç bir rəsmi məlumat verilmir.

Orta Asiyanın kursiv.kz portalının yaydığı məlumatda deyilir ki, prezident mühafizəsində çalışan snayper avqustun 19-da səhər tezdən adəti üzrə növbə çəkmək üçün binanın damına qalxıb. Onun vəzifəsi də əvvəlki kimi olub: dövlət başçısının kortejinin Aksaray iqamətgahından son təyinat yerinə qədərki ərazidə təhlükəsiz hərəkətini təmin etmək, əvvəlcədən bəlli olan ərazinin təhlükəsizliyini nəzarətdə saxlamaq.

Mötəbər mənbələrdən sızan xəbərləri tez-tez dərc etməsi ilə tanınan "Uzmetronom" elektron nəşri xəbər verir ki, cangüdənin özünü güllələməsi hadisəsi avqustun 19-da səhər saat 5-ə qalmış Daşkəndin mərkəzindəki Əfrasiyab küçəsi, 13 ünvanındakı 7 mərtəbəli yaşayış binasının texniki mərtəbəsində baş verib. Maraqlıdır ki, həmin bina Özbəkistan prezidenti İslam Kərimovun iqamətgahının lap yaxınlığında yerləşir.

Məlumatda o da deyilir ki, hadisə yerinə Özbəkistan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin müstəntiqləri, həmçinin xüsusi xidmət orqanlarının əməkdaşları gəliblər.

"CA-NEWS" agentliyinin xəbərinə görə, bu, özbək xüsusi xidmət orqanları əməkdaşının özünə qəsd etməsinə dair ilk belə fakt deyil. Fərqanə vilayətində çalışan çekistlərin biri də bir neçə il qabaq xidməti "Makarov" tapançasından özünə atəş açmaqla intihar edib. Daha əvvəl isə Özbəkistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı özünü güllələyib.

Tarix
2014.08.20 / 02:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı bu obyektlərin qorunmasına ciddi yanaşır - Əmirbəyov

Bakı və İrəvan arasında sülh olacağına inanırıq - ABŞ

Qeytdən çağırış: Bakı ilə iqtisadi inteqrasiyanı sürətləndirin

Ukrayna Bakı-İrəvan razılaşmasını alqışladı

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Mirzoyan: Türkiyə və Azərbaycanla buna hazırıq

Azərbaycan və Polşa siyasi məsləhətləşmələr keçirəcək

Bakı bu bəyannaməyə istinada həvəsli deyil

Almatı görüşü: İrəvan da təsdiqlədi - Smadiyarov

Polşa prezidenti və baş naziri COP29-da iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla