Yuxarı

Paşinyan: Sərkisyanın 3 ümidini darmadağın etdik - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:35

İrəvanda etirazlar yenidən başlayıb.

Axar.az xəbər verir ki, etirazçılar səhər saatlarından etibarən küçələrə çıxıblar. Onlar paytaxt yollarını bağlayırlar.

Artıq İrəvanın hava limanına gedən yol qapadılıb. Hava limanı istiqamətində böyük tıxac yaranıb.

Qeyd edək ki, Paşinyan dünən baş nazir seçkisində üzləşdiyi maneədən sonra xalqı bütün Ermənistan ərazisində itaətsizliyə çağırmışdı.

***

İrəvanın hava limanına gedən yol, həmçinin şəhərin bütün giriş-çıxışları etirazçılar tərəfindən bloklanıb.

Ermənistan hava limanının bir qisim işçisi də etiraz aksiyalarına qoşulub. Onlar hava limanında bu gün tətil elan ediblər.

***

Ermənistan parlamentinin iclası baş tutmayıb. İclasda cəmi 27 deputat iştirak edib. Çarukyan Bloku parlamentin iclaslarını ölkədə yaranan vəziyyətlə əlaqədar boykot etdiyini bildirib.

***

İrəvan metrosunun da fəaliyyəti iflic oldu. Metronun əməkdaşları ölkədəki etiraz aksiyalarına qatılıblar. Onlar metronun fəaliyyətini dayandırıblar.

***

Etirazçılar Ermənistanda bir sıra nazirliklərin girişini qapadıblar. Polis hazırda nazirliklərin qarşısını bu şəxslərdən təmizləməyə çalışır.

Erməni mətbuatı hazırda şəhərin faktiki olaraq iflic vəziyyətində olduğunu bildirib.

***

İrəvanda etirazçılar Respublika meydanına toplaşmağa başlayıblar.

Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə də etirazlar başlayıb. Yüzlərlə etirazçı şəhər meriyasına daxil olub. Onlar meriyanın işinin dayandırılmasını tələb ediblər.

***

Ermənistanın üçüncü böyük şəhəri olan Vanadzorda da etirazlar başlayıb. Etirazçılar meriyanın qarşısına toplaşıblar, həmçinin şəhərin mərkəzi küçələri qapılıb.

İrəvandakı etirazlara Qarabağdakı ermənilər də qoşulub. Qarabağdan İrəvana gedən və aksiyaya qoşulan ermənilər Serj Sərkisyanla heç bir əlaqələrinin olmadığını deyiblər.

***

Ermənistanın Amulsar qızıl yatağında işlər dayandırılıb. Buna səbəb işçilərin ölkədə etirazlara qoşulması olub. Onlar İrəvana doğru hərəkət etməyə başlayıblar.

Vanadzorda isə aksiya iştirakçılarının sayı artıb. Aksiyalara bütün tələbələr qoşulub. Vanadzora qonşu olan kəndlərin məktəblərin şagirdləri də aksiyalara qoşulmaq üçün şəhərə axın etməyə başlayıblar.

***

Gümrü meriyasına daxil olan etirazçılar mer Samvel Balasanyanın Respublika Partiyasını tərk etməyə çağırıblar. Onlar Balasanyandan cavab gəlmədiyini gördükdə Gümrünün daha merinin olmadığını bəyan ediblər.

***

Ermənistanın dəmir yolları da iflic olub. İrəvandan Gürcüstan sərhədinə gedən dəmiryolu xəttində 14 ərazi etirazçılar tərəfindən tutulub.

İrəvan-Gümrü dəmiryolu da qapadılıb. Gümrüdən gələn qatar yolun yarısında etirazçılar tərəfindən dayandırılıb.

***

Tavuş vilayət administrasiyasının rəhbər şəxslərindən başqa bütün əməkdaşları ölkədəki etiraz aksiyalarına qoşulub. İcevan şəhər meriyasının əməkdaşları da etirazlara başlayıblar.

Etirazlara yalnız mer qoşulmayıb.

***

Ermənistanda etirazçılar Respublika Partiyasından olan deputatların telefonları və ünvanlarını ictimailəşdirməyə başlayıblar.

Artıq bəzi deputatların evləri etirazçılar tərəfindən mühasirəyə alınıb. Ermənistan parlamentinin spikeri Ara Babloyan etirazçıları bu addımlardan yayınmağa səsləyib.

***

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ölkəyə gələn məhsulların olduğu yük avtomobillərinin siyasi hadisələr ucbatından ölkəyə girişinin məhdudlaşdığını açıqlayıb.

Komitə bunun ərzaq təhlükəsizliyinə təhdid olduğunu bildirib.

***

Ermənistanın mədəniyyət naziri səlahiyyətlərinin icraçısı Armen Amiryan istefa verib.

Amiryanın hansı səbəbdən istefa verdiyi barədə açıqlama verilməyib.

***

Ermənistan parlamentində Respublika Partiyasının iclası başlayıb.

Hakim fraksiya baş nazir seçkilərinin formatını müzakirə edir. Növbəti iclasın mayın 8-də keçirilməsi nəzərdə tutulur.

RP-nin növbəti səsvermədə də namizəd irəli sürməyəcəyi bildirilib.

***

Respublika meydanındakı mitinqdə çıxış edən Paşinyan deyib ki, Respublika Partiyası parlamentdə müzakirə ilə 3 hədəf seçmişdi.

“RP ümid edirdi ki, bu sual-cavablarda nəsə baş verəcək və xalq fikrini dəyişəcək. Bu plan baş tutmadı. Onlar ümid edirdilər ki, seçki baş tutmayandan sonra insanlar qəzəblənəcək və onlar provokasiya təşkil edə biləcəklər. Bu da alınmadı”. – Paşinyan bildirib.

Paşinyan deyib ki, RP xalqın məyus olacağını və bu səbəbdən aksiya iştirakçılarının sayının azalacağını da hesablayırmış:

“Bu da baş vermədi, əksinə, bugünkü aksiya müqayisəyəgəlməz oldu. Ölkədə bircə dənə açıq yol qalmadı”.

Paşinyan deyib ki, aksiyaya Çin turistləri də qoşulub.

***

Nikol Paşinyan İrəvan və digər şəhərlərdə mayın 3-də keçirilməli olan mitinqin ləğv edildiyini bildirib.

Mitinqdəki çıxışında Paşinyan bildirib ki, hazırkı məqamda baş nazirliyə namizəd irəli sürmək üçün deputatlardan 3/1-inin imzası lazımdır:

“Mən Çiçəklənən Ermənistan Partiyasının lideri Çarukyanla görüşdüm, Daşnaksütyun fraksiyasının rəhbəri Rüstəmyanla müzakirə apardım. Sabah rəsmi şəkildə baş nazirliyə namizədliyimi irəli sürəcəm”.

Paşinyan deyib ki, RP deputatlardan 3/1-nin irəli sürdüyü namizədi dəstəkləyəcəyini deyib:

“Başqa sözlə, bugünkü siyasi bəyanata görə düşünmək olar ki, problem həll edilib. Bu, şifahi bəyanatdır, dərhal ciddi addımlar atılmalıdır. Nəhayət, RP-nin rəsmi bəyanatından sonra onun mövqeyinin detalları aydınlaşacaq”.

Buna görə də Paşinyan sabah hər hansı aksiya keçirməməyi, dincəlməyi təklif edib.

Həmçinin bildirib ki, tərəfdarları onun Feysbuk səhifəsini izləsinlər. Hər hansı nəzərə alınmayan vəziyyətdə o, sosial şəbəkə vasitəsilə məlumat verəcək.

Tarix
2018.05.02 / 21:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla