Yuxarı

Ərdoğandan möhtəşəm çıxış: Dünyaya meydan oxuyan...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan möhtəşəm çıxış: Dünyaya meydan oxuyan...

1071-ci ildə Malazgird zəfərindən sonra bu torpaqlar bizə yurd oldu. Bizi biz etdi. Bizim dövlətimiz Söyütdə çadırlarda quruldu. Dədəm Osman Qazinin yuxusu həqiqət oldu. Dövlətimiz ədalət sevdası ilə böyüdü.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bursa və Ədirnədə zamana kök saldı. İstanbulda yeni bir çağın qapısını açan müjdələnmiş ordu bizim ordumuz idi. Sultan Fateh bizim cəddimiz idi. Süleymaniyyənin qübbələrində bizim təkbirlərimiz əks-səda verdi. Qüdsü alan Səlahəddin Əyyubi biz idik. Qanla alınan torpaq pulla satılmaz deyən Əbdülhəmid biz idik. Çanaqqalada bütün dünyaya meydan oxuyan, canını verən, amma düşməni buraxmayan biz idik. Kürəyindəki top mərmisi ilə qəhrəmanlıq dastanı yazan Səid onbaşı biz idik. Qazi Mustafa Kamal Atatürk “sizə ölməyi əmr edirəm” deyəndə ox kimi sipərlərindən çıxan aslanlar biz idik. Maraşda Südçü İman, İzmirdə Həsən Tahsin, Ərzurumda Nənə Xatun, Antepdə Şahin bəy biz idik. Bu yurdum namusunu işğalçılara tapdalatmayan biz idik. 1920-ci ildə məclisimizi açarkən dualar edən bizim əllərimiz, bizim qəlbimiz idi. 1923-cü ildə Mustafa Kamal Atatürkün rəhbərliyində dövlətimizin idarə formasını cümhuriyyət olaraq elan edən bizim iradəmiz idi”, - Ərdoğan bildirib.

Tarix
2018.05.06 / 17:03
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla