Yuxarı

Dünyanın ən qeyri-adi hovuzları - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən qeyri-adi hovuzları - Fotolar

Surəti ilə Uca Tanrını əks etdirən İNSAN yaratdıqları ilə də ona layiq olmağa, mümkün qədərilə onun tək kamil olmağa çalışır. XX əsrin ortalarında Amerika ekoloqu L.Battan yazırdı ki: "İkisindən biri olacaq: ya insanlar elə edəcəklər ki, Yer üzündə tüstü az olacaq, ya da tüstü elə edəcək ki, Yer üzündə insanlar az olacaq".

Görünür, insanlar bunu dərk edib mücadiləyə, qalib gəlməyə çalışırlar. Təbiətlə döyüşə deyil, dostluğa can atırlar, onun gözəlliyinə gözəllik qatırlar.

Axar.az insan zəhmətinin məhsulu olan əsrarəngiz gözəlliklərin - dünyadakı ən qeyri-adi üzgüçülük hövuzlarının fotolarını oxucularına təqdim edir.

1

İsveçrə Alplarının panoraması fonunda üzmək – bu, yalnız Cambrian otelində mümkündür. Qış aylarında su normal temperaturadək qızdırılır. Otel Adelboden dağ-xizək mərkəzinin yaxınlığında yerləşir.

2

Berlində Şprey çayında Badeşiff hovuzu. Uzunluğu 32,5 m, eni isə 8 m.-dir.

3

Sinqapurda Tanqa Hous – qeyri-adi memarlıq layihəsidir. Binanı hovuz əhatə edir, çardaqda isə bağ salınıb.

4

Maldinada Huvafen Fuşi otelindəki hovuz diod lampaları ilə işıqlandırılır: gün batandan sonra suda sayrışan işıqlar bərq vurur.

5

ABŞ-da Joul otelində qələbəlik yolun üstündə asılmış hovuz. Martdan noyabradək orada üzmək olar.

6

Vankuverdə İngilis körfəzi sahilində Şav Hous yaşayış binasının divarlarına bitişik hovuz.

9

Avstraliyada timsahlarla üzmək istəyənlər bu hovuza gələ bilərlər. Ölkənin şimalındakı Darvin şəhərində "Ölüm qəfəsi" attraksionu çox məşhurdur.

11

İslandiyada geoterminal kompleks "Mavi laqun". Burada hətta qışda da çimmək olur. İl ərzində suyun temperaturu +37°С–dən +40°C-dək olur.

12

Ən dərin qapalı hovuz Belçikadadır. Suyun altında mağara və on iki mərtəbəli bina dərinliyində quyu var.

Tarix
2014.08.27 / 02:32
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla