Yuxarı

Rusiya: “Bizimlə qarşıdurmaya girməmək daha yaxşı olar"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya: “Bizimlə qarşıdurmaya girməmək daha yaxşı olar"

Rusiyanın Tver bölgəsində təşkil edilən "Seliger 2014" Gənclik Forumunda danışan Rusiya Dövlət Başçısı Vladimir Putin, Qərb ölkələrinə Rusiyanın nüvə gücünü xatırlatdı və "Bizimlə qarşıdurmaya girməmək ən yaxşısı olar" deyə təhdidedici mesaj göndərib.

ANS PRESS-in məlumatına görə, Kiyevi Cənub-Şərqi Ukraynada Donbass nümayəndələri ilə müzakirələrə başlamağa məcbur etmək lazım olduğunu ifadə edən Putin "Müasir mədəni qaydalar çərçivəsində insanların qanuni hüquqları və maraqları nəzərə alınmaldırı" deyərək bunun ardından təhlükəsizlik və sərhəd məsələlərinin daha asan danışılacağını qeyd etdi. Rusiya Dövlət Başçısı ölkəsinin qarşıdurmalara girmək istəmədiyini və planlaşdırmadığını, ancaq bütün hücumları dəf etməyə hazır olduğunu açıqladı.

Putin kimsənin Rusiyaya qarşı qarşıdurma çıxartmağı ağlının ucundan keçirəcəyinə inanmadığını dedi. Dövlət başçısı "Rusiya, hər hansı böyük bir qarşıdurmaya girməkdən uzaqdır. Bunu istəmirik, bunu etməyi də düşünmürük, lakin buna baxmayaraq hər zaman Rusiyaya qarşı bütün hücumları dəf etməyə də hazırıq.

Əməkdaşlarımızın ölkələri nə vəziyyətdə olursa olsun, hansı xarici siyasət anlayışına uyğunlaşırsa uyğunlaşsın hər zaman bizimlə qarşıdurmanın onlar üçün pis olacağını bilmələri lazımdır. İndiki vaxtda Rusiyaya qarşı böyük bir qarşıdurma başlamaq fikrinin kimsənin ağlının ucundan belə keçmədiyini düşünürəm" bildirərək, Rusiyanın dünyanın ən güclü nüvə dövlətlərindən biri olduğunu da xatırlatdı.

Ukraynada bu gün Avropa dəyərləri birinci tutularaq müxaliflərin hərbi yollarla bastırılmasının aydın olduğu üçün üzüldüyünü ifadə edən Putin, ABŞ və Avropa ölkələrinin Ukraynada iqtidarın şiddət yoluyla dəyişdirilməsinə siyasi dəstəyinin və iştirakının ölkə xalqının narazılığına yol açdığını qeyd etdi. Rusiya lideri, "İndi Cənub-Şərqi Ukraynanın bu narazılığı döyüş təyyarələri, toplar, roket və tanklarla kobudcasına bastırılmaya çalışılır"- deyə bildirib.

Rusiya Dövlət Başçısı "Əgər müasir Avropa dəyərləri budursa, onda mən gözləmədiklərimi yaşayıram"- deyə fikir bildirdi.

Tarix
2014.08.31 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Pezeşkian İlham Əliyevə zəng etdi

Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı

Bayramov Yunanıstan səfiri ilə görüşdü

Liderlər İlham Əliyevi təbrik edir

Prezident “Böyük Qayıdış”dan danışdı

Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video

Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants

Azərbaycandan Ermənistana gedən qatar Böyük Kəsiyə çatdı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla