Yuxarı

SEPAH: "İslam düşmənləri ilə müharibəyə girəcəyik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Baş komandanı Məhəmmədəli Cəfəri avqustun 31-i İsfahan şəhərində keçirilən bir toplantıda bölgədəki vəziyyətdən danışıb.

Mediaforum-un məlumatına görə, İran İslam Respublikasına qarşı təhdidlərə toxunan Məhəmmədəli Cəfəri deyib ki, SEPAH və onun nəzdində fəaliyyət göstərən BƏSİC (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələri bölgədə baş verə biləcək hər hansı gözlənilməz hadisəyə hazırdır:

"Bu gün islam respublikasına qarşı təhdidlər təkcə hərbi xarakter daşımır. Elə buna görə də hesab edirəm ki, BƏSİC qüvvələri hər baxımdan hazır durumda olmalıdır. Bu gün hökumətlər arasında müharibələr aparılmır. Gələcək savaşlar millətlərin düşmən hökumətlərə qarşı müharibəsi olacaq.

Şübhə etmirik ki, bir gün biz bölgədə islam inqilabının düşmənləri ilə müharibəyə girəcəyik. Müharibəni başlayan tərəf biz olmayacağıq, amma əminəm ki, belə bir qarşıdurma baş verəcək. Məhz buna görə də biz hər baxımdan o günə hazır olmalıyıq".

Tarix
2014.09.01 / 13:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla