Ana səhifə Planet |
Moskva ABŞ-ın qarşısında silahsız dayanmaq istəmir.
Axar.az xəbər verir ki, bunu RT kanalına müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, yeni silahlar Moskvanın təhlükəsizliyinin təminatı üçün gərəklidir:
“2002-ci ildə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın raketdən müdafiə sistemindən çıxmasının səhv olduğunu deyəndə, Corc Buş cavab verdi ki, buna ehtiyacları var. O bildirdi ki, qurduqları sistem Rusiyaya qarşı yox, İran və Şimali Koreyaya qarşı yönəlib.
ABŞ bundan çıxdıqdan sonra biz raketdən müdafiə sistemlərini yarmağı bacaran yeni silahlar hazırlamağa başladıq. Bunu ABŞ qarşısında silahsız qalmamaq üçün etdik. Heç kimə hücum etmək fikrində deyilik, amma bizə yönələn istənilən hücuma qarşı yaxşı müdafiə olunmaq istəyirik”.
O, NATO-nu Soyuq müharibə dövrünün atavizmi adlandırıb:
“NATO Soyuq müharibə dövrünün atavizmidir, bu reallığı biz qəbul edirik. Amma Rusiya sərhədlərinə doğru digər dövlətləri udaraq genişlənməsi NATO-nun təhlükəsizliyinə xeyir vermir.
NATO ABŞ-la birgə müdafiəyə Rusiyadan 20 dəfə çox vəsait xərcləyir. ABŞ olmadan avropalıların xərci Rusiyanın xərclərindən 4 dəfə çoxdur”.
Tarix
2018.07.14 / 10:20
|
Müəllif
İlkin Həsənov
|