Ana səhifə Planet |
Almaniya Daxili İşlər naziri Tomas de Mezyer İŞİD-in Almaniyadakı bütün fəaliyyətinin qadağan edildiyini açıqlayıb.
Axar.az xəbər verir ki, nazir ictimai mediada, nümayişlərdə və ictimaiyyətdə açıq şəkildə İŞİD-in nişanlarının və təşkilata aid hər hansı bir ünsürün istifadə olunmasının qadağan edildiyini bildirib.
Təşkilatın Almaniyada internet vasitəsi ilə təbliğ edildiyini deyən Mezyer bundan sonra hər hansı bir cəhdin ağır cinayət sayılacağı xəbərdarlığını edib.
Almaniyadan təxminən 400 nəfərin İraq və Suriyaya getdiyini, onlardan 40-nın həlak olduğunu deyən nazir 100 nəfərin ölkəyə döndüyünü açıqlayıb:
"Qayıdan döyüşçülər xəyal qırıqlığına uğrasa da, artıq onlar döyüşməyi və öldürməyi öyrənib. Bu bizim üçün böyük təhlükədir. Radikal qruplaşmaların ölkəyə girişini qadağan edirik. Bununla belə, İŞİD sıralarına qatılan avropalıların kürdlərə, yezidlərə, xristianlara və müsəlmanlara qarşı döyüşmələrinin qarşısını almalıyıq. Bu ölkədə terror təşkilatlarına və terrorçulara yer yoxdur".
Nazir geri dönən terrorçular barəsində hələlik qərar verilmədiyini, onların hər an hücum etmə ehtimalının olduğunu bildirib.
Tarix
2014.09.12 / 18:27
|
Müəllif
Şəmsəddin Ənsar
|