Kurskda koreyalı hərbçi əsir götürüldü - Foto
01:21
Ana səhifə Planet |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə bu gün Çankayada təhlükəsizlik toplantısı keçiriləcək.
Axar.az xəbər verir ki, İraq və Suriyadakı vətəndaş müharibəsi mühiti, terror təşkilatı İŞİD-in regional fəaliyyəti və ABŞ-ın bu təşkilata qarşı başlatdığı əməliyyat çərçivəsində bu gün Çankayada kritik Milli Təhlükəsizlik toplantısı təşkil olunacaq.
Bölgədəki son inkişaflar və Türkiyə ilə bağlı təhlükəsizlik mövzularının müzakirə olunacağı toplantıya Baş nazir Əhməd Davudoğlu, Baş qərargah rəisi Necdət Özəl, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri İsmət Yılmaz və bir sıra dövlət rəsmi qatılacaq.
Tarix
2014.09.17 / 14:50
|
Müəllif
Natiq Azəri
|