Yuxarı

Türkiyədən üsyan: “İŞİD-çiləri müalicə etməkdən bezmişəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən üsyan: “İŞİD-çiləri müalicə etməkdən bezmişəm”

"Biz müalicə edirik, onlar sonra sağalıb baş kəsməyə gedirlər. İŞİD silahlılarını müalicə etməkdən bezmişəm".

Axar.az xəbər verir ki, bu sensasion açıqlamanı Türkiyənin Mersin əyalətindəki özəl xəstəxanada çalışan bir tibb bacısı deyib.

E.G. şərti adı ilə təqdim olunan tibb bacısı "Tərəf" qəzetinin yazarı Hüseyn Özaya müsahibəsində söyləyib ki, Suriya və İraqda gedən döyüşlərdə yaralanmış İŞİD üzvlərinə xəstəxanalarda baxmaqdan cana doyublar. Tibb bacısı anonim imza ilə Türkiyə parlamentinə və polisinə məktub göndərib.

Məktubda yazılır: "Mən tibb bacısıyam. Uzun müddətdir ki, Suriyada savaşan yaralılar müalicə üçün xəstəxanamıza müraciət edirlər. Son gələnlərin İŞİD terrorçuları olduqlarını öyrəndim. Bizim insanlar onların əlində girov olduğu halda, onlar gəlib burda müalicə olunurlar".

Tibb bacısı qeyd edib ki, avqustda bir İŞİD komandiri də müalicə alıb:

"Avqustun 7-də Məhəmməd Əli adlı İŞİD komandiri 323 nömrəli palatada yerləşib, müalicə olunub. Onun mühafizəçiləri xəstəxanada keşik çəkirdilər. Müalicədən sonra yenidən döyüşə qayıtdılar. Bu məsələni araşdırmağınız lazımdır".

Tarix
2014.09.17 / 20:48
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla