Yuxarı

7 il sonra Tacikistanın xarici işlər naziri dəyişdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 il sonra Tacikistanın xarici işlər naziri dəyişdi

Tacikistan prezidenti İmaməli Rəhman yeni hökuməti təyin edib.

"Axar.az" tacik mətbuatına istinadən xəbər verir ki, ölkə lideri Rəhman yeni kabinetində bir çox dəyişiklik edərkən, 2006-ci ildə xarici işlər naziri vəzifəsinə gətirilən Həmrohon Zərif vəzifəsindən uzaqlaşdırılıb.

Yeni xarici işlər naziri Tacikistanın Birləşmiş Millətlər Təşkilatının nəzdindəki daimi nümayəndəsi olan Sirokiddin Aslov oldu. 1964-cü il doğumlu Sirokiddin Aslov 2004-2005-ci illərdə xarici işlər nazirinin müavini vəzifəsini icra edib. 2005-ci ildə ölkənin BMT-nin nəzdindəki daimi nümayəndəsi elan olunub.

Rəhman 2006-ci ildəki prezident seçkisindən sonra Zərifi xarici işlər naziri vəzifəsinə təyin etmişdi. Zərif 2002-2006-ci illərdə də Tacikistanın ABŞ səfiri vəzifəsində işləyib.

Tarix
2013.11.30 / 12:26
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla