Yuxarı

Rusiya yeni kosmik eşelon yaradır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya yeni kosmik eşelon yaradır

Rusiya raket hücumuna dair xəbərdarlıq sistemi kosmik eşelonunun gələcək orbital qrupunun tərkibinə daxil olan ilk peyklərini gələn il buraxmağı planlaşdırır.

Axar.az Lenta.ru-ya istinadən bildirir ki, bu barədə "Mints ad. Radio-Texnika İnstitutu" şirkətinin baş direktoru və sistemin baş konstruktoru Sergey Boyev məlumat verib.

Onun sözlərinə görə, hazırda vahid kosmik sistemin hazırlanması prosesi gedir. Bu sistem raket hücumlarına dair xəbərdarlıq sisteminin kosmik eşelonu olacaq. Boyev bildirib ki, yeni peyklər bir sıra innovativ xüsusiyyətlərə malikdir və əldə edilən ilkin nəticələr ümidvericidir.

Baş direktor anti-Rusiya sanksiyalarından danışarkən bildirib ki, bu sanksiyalar sistemin təhvil verilmə vaxtına və keyfiyyətinə təsir göstərməyəcək. "Biz artıq çoxdandır ki, elektron-komponent bazanın işlənib hazırlanması ilə məşğuluq və mən bir sıra xarici məsələləri özümüzünkü ilə əvəz edəcəyimizə arxayınam".

Xatırladaq ki, 2014-cü ilin aprelində sonuncu geostasionar peyk sistemi "Oko-1" öz işini dayandırıb. Sistemlər 1990-cı illərdə qitələrarası ballistik raketlərin buraxılmasının aşkar edilməsi üçün işlənib hazırlanmışdı.

Tarix
2014.10.03 / 13:49
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla