Yuxarı

Avropa İŞİD xofundan qapılarını qıfıllayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa İŞİD xofundan qapılarını qıfıllayır

Böyük Britaniya, Belçika, Fransa, Almaniya, Danimarka, Fransa, Polşa, İspaniya və Hollandiya sərhəd nəzarəti qaydalarının dəyişdirilməsi və gücləndirilməsi fikrindədirlər.

Axar.az "Deyli Teleqraf" qəzetinə istinadən xəbər verir ki, səkkiz Avropa hökuməti Suriya və İraqda islamçılar tərəfdə döyüşən avropalıların vətənə qayıtmasına mane olmaq üçün sərhəd nəzarəti qaydalarını gücləndirmək tələbilə AB rəhbərliyinə müraciət edib.

Qəzet əlində olan sənədə istinadla bildirib ki, ölkələrin təklifi növbəti həftə AB xarici işlər nazirləri tərəfindən müzakirə ediləcək.

"Suriya, İraq və digər münaqişə zonalarında döyüşlərdə iştirak etdikdən sonra Avropaya qayıdan insanları tapıb aşkarlamaq çox vacibdir", - deyə konfidensial sənəddə vurğulanır.

Qəzet yazır ki, hazırda şübhəlilərin terror təşkilatlarının əməliyyatlarında iştirakının yoxlanılması ixtiyari və sistemsiz xarakter daşıyır.

Məlumata görə, hazırda Suriya və İraqda döyüşən üç minə qədər avropalı əlavə yoxlanışsız sərhədi sərbəst şəkildə keçib gedə bilir. "Bu insanların Avropaya qayıtması ilə hücumlar təşkil edilməsi – zamanın məsələsidir. Hökumətlər qorxu içərisindədirlər", – deyə diplomatlardan biri bildirib.

Tarix
2014.10.05 / 16:42
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla